Tikiş Məmulatlarının Konstruksiyası
Müəllif | Hürzad Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Hürzad Əliyeva. Tikiş Məmulatlarının Konstruksiyası. Bakı, , 2019.
Bu dərslik tikiş istehsalatı istiqaməti üzrə nəzərdə tutulmuş ixtisasların tədrisində istifadə üçün tövsiyə olunur. Yaxşı geyinməyi hamı sevir. Hər bir insan – istər qız olsun, istər oğlan fərqi yoxdur müəyyən yaş həddinə çatanda yaşıdlarından fərqlənməyi, daha yaraşıqlı, daha gözəl görünməyi arzulayır. Əlbəttə, bunun üçün də insan həyatında ilk növbədə geyim böyük və əhəmiyyətli rol oynayır. Nahaq yerə deməyiblər ki, “Gözəllik ondur, doqquzu dondur”. Biçib - tikmək qabiliyyəti ta qədimdən həmişə böyük üstünlük sayılıb. Müasir dövrdə də biçib - tikmək incəsənəti öz aktuallığını itirməyib. Əksinə, bu işi bacaran insanlara qarşı həmişə böyük hörmət hissi olub və olmaqdadır. Sizə təqdim etdiyimiz bu kitabın məqsədi peşə məktəbinin tələbələrinə və biçməyi öyrənmək istəyənlərə müxtəlif növ tikiş məmulatlarının çertyojunun qurulması və ülgülərinin hazırlanması yolunda ilk peşə bilikləri verməkdir. Bəziləriniz deyə bilərsiniz ki, “Mənim bu sənətə heç həvəsim yoxdur. Biçib - tikmək mənlik deyil”. Ancaq unutmaq lazım deyil ki, “iştah yemək zamanı yaranır”. Ona görə də bu kitabda təqdim olunan mövzuları diqqətlə oxusanız və əməl etməyə çalışsanız özünüz də hiss etmədən bu sənətin sehrinə düşmüş olacaqsınız.