GERIYƏ

Tikiş Məmulatlarının Hazırlanma Texnologiyası

Müəllif Tünzalə Məmmədova
Nəşr olunduğu il 2019
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

Tünzalə Məmmədova. Tikiş Məmulatlarının Hazırlanma Texnologiyası. Bakı, , 2019.

Geyim bəşəriyyətin maddi mədəniyyət elementlərindən biridir. Insan cəmiyyətinin hər bir tarixi inkişaf mərhələsində geyim forması dəyişir. Geyim ictimai quruluşun tələblərini, texnikanın, iqtisadiyyatın inkişafını, eləcə də xalqların milli mədəniyyət və məişət xüsusiyyətlərini, bədii zövqünü və milli ənənələrini özündə əks etdirir. Geyim insan bədənini onu əhatə edən mühitin müxtəlif təsirlərindən (istidən, soyuqdan, rütubətdən, tozdan və s.) qorumaq üçün mühafizə vasitəsi kimi yaranmışdır. Keçmiş zamanlardan bu günümüzədək şərəfli peşələrdən biri kimi tanınan dərzilik sənəti haqqında belə bir fikir formalaşmışdır ki, insanın xarici görünüşü dərzinin istedadı və zövqündən asılıdır.