Tikiş İstehsalının Avadanlığı
Müəllif | Sima Hüseynova |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Sima Hüseynova. Tikiş İstehsalının Avadanlığı. Bakı, , 2019.
Tikiş sənayesi yüngül sənayenin əsas sahələrindən biri olub, əsas məqsədi əhalinin xalq istehlakı mallarına olan tələbatını tam təmin etməkdir. Tikiş istehsalının həcminin artırılması və geyimlərin keyfiyyətinin yaxşılaşdırılması – onun texnoloji proseslərinin təkmilləşdirilməsi və intensifikasiyası (səmərələşdirilməsi), müəssisələrin yüksək effektli texnika ilə təminatı, strukturu və istehsalın idarəçiliyi, əməyin təşkili, materialın səmərəli istifadəsi, enerji vəsaitinin sərfi, habelə istehsalın bütün sahələrində işlərin keyfiyyətinin yaxşılaşdırılması və texniki elmin nailiyyətlərinin tətbiqindən asılıdır. Son illərdə tikiş sənayesi yüksək mexanikləşdirilmiş sahəyə çevrilmişdir. Hər il müəssisələrə 100 mindən artıq yeni avadanlıq tətbiq edilir. Müəssisələrin yeni avadanlıqlarla təminatı istehsalın
mexanikləşdirilməsi və avtomatlaşdırılmasına yönəldilmişdir. Bu baxımdan texnikanın avtomatlaşdırılması və mükəmməlliyi xüsusi əhəmiyyət kəsb edir.