Dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının maddə tərkibi
Müəllif | Eldar Zeynalov, Dilqəm Tağıyev, Yaqub Nağıyev, Elçin Hüseynov, Fətulla Nəzərov, Əsgər Hüseynov |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | Füyuzat |
Nəşr yeri | Bakı |
Eldar Zeynalov, Dilqəm Tağıyev, Yaqub Nağıyev, Elçin Hüseynov, Fətulla Nəzərov, Əsgər Hüseynov. Dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının maddə tərkibi. Bakı, Füyuzat, 2022.
Monoqrafiyada dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının xromkütləspektrometrik təhlili nəticəsində alınmış məlumatları təsvir edir. Dizel yanacağının komponent tərkibinə dair məlumatlar əvvəl nəşr olunmuş preprintdə ətraflı verilmişdir (E.B.Zeynalov, D.B.Tağıyev və başq. Dizel yanacağının komponent tərkibi (preprint). "Füyuzat", 2022 – 92 səh.). Təqdim edilən əsərdə isə dizel yanacağının aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının tərkibi haqqında məlumat verilir. Əldə edilmiş göstəricilər mövsümi yanacağın optimal tərkibinin seçilməsində, eləcə də dizel yanacağı və onun aromatiksizləşdirilmiş, parafinsizləşdirilmiş fraksiyalarından qiymətli neft-kimya məhsullarının alınması istiqamətində işləyən tədqiqatçılar və mütəxəssislər üçün yararlı ola bilər