Polipropilen borulan qaynağı
Müəllif | Rasim Ağacanov |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Rasim Ağacanov. Polipropilen borulan qaynağı. Bakı, , 2019.
Polipropilen borular istehsal miqyasına və tətbiq sahələrinə görə polietilen borulardan sonra ikinci yeri tutur. Bu plastik borular fiziki-mexaniki və termiki xassələrinə görə polietilen borulara yaxındır, lakin onlardan fərqli olaraq, daha sərt materiala malikdirlər. Polipropilen borular yaşayış binalarında və mənzillərdə istifadə olunan müxtəlif təyinatlı boruların montajında əsas material hesab olunur. Bu səbəbdən də polipropilen borular ölçülü kəsiklər şəklində istehsal olunur və montaj zamanı daha çox birləşdirici elementlərdən istifadə etmək lazım gəlir. Birləşdirici elementlərin say etibarilə çoxluğuna bu üsulun çatışmayan cəhəti kimi baxmaq düzgün deyil, onlar həm də boru xətlərinin istiqamətinin dəyişdiricisi funksiyasını da yerinə yetirirlər. Birləşdirici elementlərdən istifadə zamanı muftalı qaynaq üsulu tətbiq olunur ki, bu üsul kiçik diametrli boruların qaynağı üçün nəzərdə tutulmuşdur və bu haqda dərslikdə geniş məlumat verilmişdir