Bu şəhərdə kimsə yoxdur
Müəllif | Rövşən Abdullaoğlu |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Psixologiya |
Nəşriyyat | Qədim Qala |
Nəşr yeri | Bakı |
Rövşən Abdullaoğlu. Bu şəhərdə kimsə yoxdur. Bakı, Qədim Qala, 2019.
- Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də elə bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunmayıbmı, deməli, bütün bu dünyada tək-tənhasan.
Qoca Villiyə tanış fikirləri elə içdən dedi ki, bir anlıq elə sandı, onun düşüncələrini oxuyur. Villi on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını düşünürdü. Ona elə gəlirdi ki, dünya tamamilə boş və sakinsizdir. Və o, ucsuz-bucaqsız bir səhrada tənha yaşayır.