GERIYƏ

Sınıq güzgü

Müəllif Vaqif Bəhmənli
Nəşr olunduğu il 2025
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Zərdabi Nəşr
Nəşr yeri Bakı

Vaqif Bəhmənli. Sınıq güzgü. Bakı, Zərdabi Nəşr, 2025.

Görkəmli şair Vaqif Bəhmənli ötən əsrin 70-ci illərindən başlayaraq dövrü mətbuatda düşüncəli bir qələmə məxsus dəyərli publisistik yazıları ilə çıxış edir. İndiyə qədər ədibin bədii-publisistik yazılardan, sənədli roman və povestlərdən, tərcümələrdən ibarət 19 kitabı (üst-üstə 60-a yaxın kitab) işıq üzü görmüşdür. Mətbuatda, bəhs olunan kitablarda nəşr edilən həmin əsərlər bədii-intelektual və ictimai aktuallığını bu gün də hifz etməklə yanaşı, janr və mövzu etibarı ilə həyatın özü qədər çoxçalarlı və rəngarəngdir. Bu əsərləri birləşdirən isə 50 ildən bəri oxucu ilə bənzərsiz və şirin bir dildə danışan sənətkarın şairana, poetik olduğu qədər də elmi üslubu, düşüncə və ifadə tərzidir. Ön söz ənənəsinə uyğun olaraq ("Əsərlər"in I-VII cilddlərdəki "Ön söz" müəllifləri -Bədirxan Əhmədli, Rahid Ulusel, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Elnarə Akimova, Qulu Ağsəs və Qulu Məhərrəmli, Bəti Əlibəyli) bu cildə istedadlı publisist Şakir Hənifəzədənin (Yaqubov) V. Bəhmənli ilə müsahibəsi bələdçilik edir.