Heydər Əliyev və əxlaqi dəyərlər
Müəllif | İbrahimov Hacı Səbuhi |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Əcəmi NPB |
Nəşr yeri | Naxçıvan |
İbrahimov Hacı Səbuhi. Heydər Əliyev və əxlaqi dəyərlər. Naxçıvan, Əcəmi NPB, 2013.
Dünya siyasi arenasında böyük nüfuza malik olan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının sönməz məşəlidir. Ümummilli liderin milli mədəniyyətə, milli-mənəvi dəyərlərə və əxlaqı dəyərlərə verdiyi töhfələr xalqımız üçün əvəzsizdir. Məhz bu baxımdan da əxlaqi dəyərləri zənginləşdirən Naxçıvanın millimənəvi sən'əti olan əlyazma mətnlərindən geniş istifadə edilmiş və əsas zəruri hesab edilən məqamlara aydınlıq gətirilmişdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvan öz
zəngin tarixi keçmişini, dahi şəxsiyyətlərini və əxlaqi dəyərlərini daim qorumuş və bu gün də qorumaqdadır. Bu baxımdan təqdim olunan monoqrafiya bir çox məqamlara işıq salır. Əsər əsasən elmi işçilər, aspirantlar, tələbələr, həmçinin xalqın dahi şəxsiyyəti, onun əxlaqi dəyərlərimizə göstərdiyi qayğı və Naxçıvan əlyazmalarının zənginliyi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.