GERIYƏ

Azərbaycan geyimlərinin bədii -dekorativ xüsusiyyətləri

Müəllif Dünyamalıyeva Sabirə Səfi qızı.
Nəşr olunduğu il 2013
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Dünyamalıyeva Sabirə Səfi qızı. . Azərbaycan geyimlərinin bədii -dekorativ xüsusiyyətləri. Bakı, Elm, 2013.

Azərbaycan geyim mədəniyyətinin tarixi təkamülünə həsr olunmuş bu elmi əsər Azərbaycan geyim mədəniy-yəti tarixinin bir sıra mürəkkəb elmi-metodik problemlərinin həllinə işıq salaraq, xalqımızın estetik dünyagörüşünün inkişaf dövrlərini və onların mərhələlərini müəyyənləşdirmək, həmin inkişafın etnik-ideoloji köklərini aydınlaşdırmaq baxımından, dünya, xüsusilə Şərq geyim mədəniyyəti tarixində Azərbaycan geyim mədəniyyətinin yerini müǝy-yənləşdirmək, milli (özünəməxsus) xüsusiyyətlərlə ümumşərq, ümumdünya xüsusiyyətləri arasındakı tarixi-tipoloji münasibətlərin mexanizmini aşkarlamaq baxımından, xüsusilə qədim dövrdə, eləcə də orta əsrlər dövründə, geyim es-tetikası, texnologiyası, sənətkarlığı ilə əlaqədar maddi mədəniyyət abidələrinin kifayət qədər olmadığı şəraitdə həmin dövrlərin geyim tiplərini rekonstruksiya etmək üçün uğurlu elmi-metodiki prinsiplər işləyib hazırlamaq baxımından, müasir Azərbaycan milli geyimlərinin, onun ayrı-ayrı hissələrinin bəzək və naxış elementlərini, onların unudulmuş ideoloji-estetik məzmununu, tarixi funksional mənasını şərh etmək baxımından, Azərbaycan geyim mədəniyyətinin inkişaf etdirilməsi, dünya, xüsusilə dəbdə olan Qərb geyim mədəniyyətinə bu gün kifayət qədər fəal münasibətin Ümumiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir