1905-1906-ci il erməni-Azərbaycanlı münaqişəsi "Nyu-York Tayms" qəzetinin səhifələrində
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. 1905-1906-ci il erməni-Azərbaycanlı münaqişəsi "Nyu-York Tayms" qəzetinin səhifələrində. Bakı, Elm, 2021.
Təqdim olunan topluda 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi ilə bağlı "Nyu-York Tayms" qəzetində dərc olunan materiallar toplanmışdır (yazılar seçilərək deyil, bütünlüklə verilmişdir). Topluda Azərbaycan və rus dillərinə tərcümə edilmiş böyükmiqyaslı yeni faktiki material elmi dövriyyəyə buraxılır. Bu materiallar göstərilən dövrdə Cənubi Qafqazdakı hadisələrin qəzetlərdə işıqlandırılmasının nə dərəcədə tam və mötəbər olmasını müəyyən etmək və mənbəşünaslıq təhlilini aparmaq üçün əhəmiyyətlidir. Topluda verilən materiallar 1905-1906-cı illər erməni-azərbaycanlı münaqi şəsinin tarixi köklərinə həsr olunan elmi və ümumiləşdirici əsərlərin yazılmasında da istifadə edilə bilər