Heydər Əliyev və mətbuat: II cild: iyul, 1996 - iyul, 1998
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Nurlar NPM |
Nəşr yeri | Bakı |
. Heydər Əliyev və mətbuat: II cild: iyul, 1996 - iyul, 1998. Bakı, Nurlar NPM, 2003.
Oxuculara təqdim edilən dördcildliyin ikinci cildində Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 1996-cı ilin iyul ayından 1998-ci ilin ortalarına qədərki dövr ərzində ölkəmizdə, istərsə də xaricdə kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşləri, onlara müsahibələri, bəyanat və çıxışları xronoloji ardıcıllıqla verilmişdir.
Müstəqil Azərbaycanın xarici ölkələrdə nüfuzunun artmasında, sıx əla-qələr yaradılmasında və Dünya Birliyində mövqelərinin daha da möhkəmlənməsində böyük əhəmiyyət kəsb edən bu materiallar dünya şöhrətli siyasətçinin beynəlxalq aləmdə təmkinli, uzaqgörən siyasəti, müdrikliyi və gərgin ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Kitab siyasətçilər, politoloqlar, diplomatlar və tədqiqatçılar üçün qiymətli mənbədir