GERIYƏ

Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr

Müəllif Həbibbəyli İsa
Nəşr olunduğu il 2013
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Əcəmi NPB
Nəşr yeri Naxçıvan

Həbibbəyli İsa. Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, Əcəmi NPB, 2013.

Naxçıvan Mııxtar Respublikası Ali Məclisinin 2012-ci il dekabrın 22-də keçirilmiş dördüncü çağırış altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasil' Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin 90 illiyi şərəfinə 2013-cü ili Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan etmişdir, ümummilli lider Heydər Əliyevin 90 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Ali Məclis Sədrinin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Həmin Tədbirlər Planına əsasən çap olunan monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük xidmətlərindən, yeni epoxada Naxçıvan Muxtar Respublikasında gedən ictimai-siyasi proseslərdən və elmi-mədəni hadisələrdən bəhs edilir.