Tariximizdə iz qoyanlar
Müəllif | Reha Yılmaz |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Xəzər Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Reha Yılmaz. Tariximizdə iz qoyanlar. Bakı, Xəzər Nəşriyyatı, 2008.
XI-XII asrlar Azərbaycan intibahının çiçəklənməsi dövrüdür. Həmin dövrdə şəhərlər böyüyür, bir-birinin ardınca yeni saraylar, məscid və mədrəsələr inşa edilir, müdafiə xatirə tikililəri qurulurdu.. Sənətkarlıq, elm, incəsənət və poeziya sürətlə inkişaf edirdi. Bu əsrlərdə neçə-neçə görkəmli sənətkarın və alimin yetişməsi də adamı heyrətə salır. Qətran Təbrizi, Bəhmənyar, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbubəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları həmin dövrdə Azərbaycanın nəinki türk-islam aləminə, həm də dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdir.