GERIYƏ

Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası Və Azərbaycan Milli Şurası İclaslarının Protokolları 1918-ci il

Müəllif
Nəşr olunduğu il 2006
Elm sahəsi Hüquq elmləri
Nəşriyyat Adiloğlu
Nəşr yeri Bakı

. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası Və Azərbaycan Milli Şurası İclaslarının Protokolları 1918-ci il. Bakı, Adiloğlu, 2006.

Birinci dünya müharibəsində zəifləmiş "xalqlar həbsxanası" olan Rusiyada yaranan şərait 1917-ci il fevral inqilabının qələbəsi ilə başa çatdı və Rusiyada üç yüz ildən yuxarı hökm sürən Romanovlar sülaləsini tarix səhnəsindən süpürüb atdı. Fevral inqilabı qələbəsinin ilk günlərində, daha doğrusu, 1917-ci il martın 9-da Rusiya Dövlət Dumasındakı Zaqafqaziyadan olan deputatların təşəbbüsü ilə Rusiyada yaranmış müvəqqəti hökümətin qərarı ilə Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarından V.A.Xarlamovun sədrliyi, M.Y.Cəfərov, M.İ. Papacanov və A.l.Çxenkelinin üzvlüyü ilə xüsusi komitə ("Azakom") yaradılır. Xüsusi Zaqafqaziya Komitəsinin təşkili 1917-ci il martın 30-da başa çatır.