Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi konfrans təşkil edir

AMEA Mərkəzi Elmi Kitabxanasında Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Konfransın işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır:
·Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər;
·Akademik kitabxanalar rəqəmsal informasiya mühitində;
·Kitabxana fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə;
·Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu.
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus
Tezislərin göndərilməsinin son tarixi: 20 oktyabr 2025-ci il
Məqalələr mekkonfrans.az@gmail.com ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı buradanəldə etmək mümkündür.
Qeyd edək ki, konfrans materialları jurnal şəklində nəşr olunacaq.