Mərkəzi ELMİ kitabxana

MEK əməkdaşı “Marketinq mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

foto

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Marketinq mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib.

Təlim zamanı iştirakçılar komandalar şəklində müxtəlif tapşırıqlar üzərində işləyiblər. Onlardan biri də mədəniyyət müəssisələrində, eləcə də kitabxanalarda müasir marketinq alətlərindən istifadə bacarıqlarının artırılması olub. 

Təqdim olunan plan MEK-in fəaliyyətinin geniş auditoriyaya tanıdılması, tələbə və tədqiqatçıların resurslara cəlb olunması, rəqəmsal xidmətlərin təşviqi və istifadəçi davranışlarının müasir çağırışlara uyğunlaşdırılmasını əhatə edib.

Sonda iştirakçılara sertifikatlar da təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın