VİKİPEDİYA TƏLİMLƏRİ HAQQINDA

Azərbaycanın qədim tarixinin və zəngi mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, ana dilində informasiya resusrlarından online istifadə imkanlarının genişləndirilməsi və bu məlumatların sərbəst elektron resurslarda və sosial şəbəkələrdə daha geniş yer almasına nail olmaq məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanası “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təlimlər təşkil edir.

Təlimlərin əsas məqsədi-elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini, qaydalarını və üsullarını öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.

Bu günə qədər SER şöbəsi tərəfindən 43 təlim keçirilib. Təlimlərdə AMEA İnstitut və Təşkilatlarının, o cümlədən də digər dövlət təşkilatlarının əməkdaşları və tələbələr olmaqla 240 nəfər iştirak edib.Təlim iştirakçıları tərəfindən Azərbaycan dilində olan “Vikipediya” layihəsinə 3.000-dən çox töhfə verilmişdir.