SER

Sərbəst Elektron Resurslarla iş şöbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2014-cü il, 15 yanvar tarixli, 1/2 saylı Qərarı ilə yaradılmışdır. Qərarda bildirilir ki, Vikipediya virtual ensiklopediyasında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatların yetərincə olmaması alimlərimizin, mütəxəssislərimizin bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların Vikipediayaya daxil edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Milli təhlükəsizlik konsepsiyasında informasiya təhlükəsizliyi əsas istiqamətlərdən biri kimi təsbit olunub. Vikipediyada Azərbaycanın milli maraqlarının qorunması da informasiyta təhlükəsizliyi siyasətinin tərkib hissəsidir. Bu siyasətinin həyata keçirilməsi AMEA-nın üzərinə də mühüm vəzifələr qoyur.

SER şöbəsinin vəzifəsi

  1. Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması,
  2. Ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi,
  3. Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini əks etdirən məlumatları Vikipediyada yerləşdirilməsi,
  4. Vikipediyanın əsas önəmli layihələrindən biri olan seçilmiş, yaxşı məqalə və mövzulu ay layihəsində iştirakı təmin edilməsi,
  5. Ayrı-ayrı sahələrin mütəxəssisləri üçün Vikipediyaya aid nəzəri və praktiki dərslərin tədrisi,
  6. Vətəndaşlar arasında Vikpediyanın məşhurlaşdırılması və onların Vikipediyada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması,
  7. Vikipediya ilə bağlı beynəlxalq və ictimai tədbirlərdə iştirak etməsi eyni zamanda əlaqələr qurmasıdır

Fəaliyyət istiqamətləri
Fəaliyyət istiqamətləri

  1. AMEA institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına Vikipediyada məqalə yaratmaq üçün nəzəri və praktiki təlimlərin təşkili.
  2. Viki-qrupların təşkilatlanması və koordinasiyası üzrə işlərin təşkili.

Viki-mühitin məlumat təminatı

  1. Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən məlumatların Vikipediya ensiklopediyasına daxil edilməsinin təşkili.
  2. Azərbaycan Vikipediyasının əsas layihələrindən olan seçilmiş, yaxşı məqalə və mövzulu ay layihəsində olan mövzularla zənginləşdirməsinin təşkili.
  3. Alim və mütəxəssislərin virtual məkanda Azərbaycan xalqının milli-mənəvi dəyərləri və həqiqətləri haqqında məlumatların artırılmasına cəlb olunması işlərinin təşkili.
  4. Azərbaycan dilində olan viki-məlumatların tərcümə edilərək digər dillərdə mövcud olan vikipediyaya daxil edilməsinin təşkili.
  5. Xüsusi günlərlə bağlı məqalələr yaratmağa təşviq edilməsinin təşkili
  6. Vikipediyada istifadəçilərin fəaliyyətinə yardım məqsədi Viki qaydaların tərtibinin təşkili

Vikipediya elektron ensiklopediyasının məşhurlaşdırılması və təbliğatı işləri

  1. Kütləvi informasiya vasitələrindən istifadə etməklə Vikipediya açıq ensiklopediyasının Azərbaycan cəmiyyətində təbliği.(Müsahibə xəbər elan)
  2. Vikipediya ensiklopediyası ilə bağlı “Youtube” video paylaşma sistemi üçün Vikipediya dərsliklərinin və elektron dərsliklərin hazırlanması.
  3. Vikipediya ilə bağlı beynəlxalq və ictimai tədbirlərdə iştirak etməsi eyni zamanda əlaqələr qurması

Viki təlimlər haqqında
“Vikipediyada məqalələrin yerləşdirilməsi” təlimlərinin planı
Nəzəri hissə:

Vikipediya nədir və onun tarixi

Praktiki dərslər:

  1. Vikipediyanın əsas prinsipləri
  2. Vikipediyada ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları
  3. Vikipediyadan istifadə qaydaları və məqalə yaratmaq
  4. Viki-məqalələrdə mətn tipləri və stili
  5. Şablonlar və onlardan istifadə qaydaları
  6. İstinadlardan istifadə qaydaları. Müəllif hüquqları
  7. Mətnə media fayllarının və məlumat qutusunun əlavə edilməsi qaydaları