MÖVZULU AY LAYİHƏSİ

Vikipediyada mövzulu ay istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsidir. Əsas məqsəd birgə işləyərək, keyfiyyətli və tam məqalələr yaratmaqdır. Bu layihə hər ay əvvəlcədən müyyən edilmiş mövzu ilə bağlı keçirilir. Təlim iştirakçıları da mövzulu ayda iştirak edərək Azərbaycanca Vikipediyanın zənginləşməsinə öz töhfəsini verirlər.

2014-cü ildən “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə vikipediya istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsi olan mövzulu ay təşkil edilir.
Coğrafiya ayı

2017-ci ildən Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil edilən təlimlərin iştirakçıları “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mövzulu ayların xüsusilə 13-də daha fəal iştirak ediblər.

Mövzulu aylarda təlim iştirakçıları tərəfindən indiyə qədər 2158 məqalə yaradılıb, 762 məqalə redaktə olunub və 14 kateqoriya yaradılıb. Bu layihədə yer tutmağa müvəffəq olan təlim iştirakçıları da var. Təlim iştirakçıları 2017-ci il iyun ayında keçirilən “Naxçıvan ayı” məqalə müsabiqəsində iştirak edərək 53 redaktə, 391 məqaləni, 2017-ci il avqust ayında keçirilən “Nəqliyyat ayı” məqalə müsabiqəsində iştirak edərək 9 redaktə, 29 məqaləni, 2017-ci il iyul ayında keçirilən “Vikidata-Azərbaycanlılar ayı” məqalə müsabiqəsində iştirak edərək 19 məqaləni, 2017-ci il sentyabr ayında keçirilən "Başqırdıstan və Tatarıstan ayı" məqalə müsabiqəsində iştirak edərək 32 məqaləni, 2017-ci il oktyabr ayında keçirilən “Coğrafiya ayı “ məqalə müsabiqəsində iştirak edərək 10 kateqoriya, 595 redaktə, 1311 məqaləni, 2017-ci il noyabr ayında keçirilən “Asiya ayı” məqalə müsabiqəsində iştirak edərək 4 kateqoriya, 66 məqaləni Rusca Vikipediyadan tərcümə ediblər. 2017-ci il dekabr ayında keçirilən “Basketbol ayı” məqalə müsabiqəsində iştirak edərək 17 məqaləni Rusca Vikipediyadan tərcümə ediblər.

2018-ci il yanvar ayında keçirilən “Təkmilləşdirmə ayı” məqalə müsabiqəsində iştirak edərək 59 məqaləni redaktə edərək təkmilləşdirmişlər.

2018-ci il fevral ayında keçirilən “Kulinariya ayı” məqalə müsabiqəsində iştirak edərək 142 məqaləni yaradıb, 2 məqaləni redaktə edib. məqaləni müxtəlif dillərdən tərcümə ediblər.

2018-ci il mart ayında keçirilən “VikiBahar 2018” məqalə müsabiqəsində iştirak edərək 23 məqaləni yaradıb. məqaləni müxtəlif dillərdən tərcümə ediblər.

2018-ci il may ayında keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti ayı” məqalə müsabiqəsində iştirak edərək 109 məqaləni yaradıb, 36 məqaləni redaktə ediblər.

2018-ci il iyun ayında keçirilən “İncəsənət ayı” məqalə müsabiqəsində iştirak edərək 7 məqaləni yaradıb, 5 məqaləni redaktə ediblər.

2018-ci il iyul ayında keçirilən “Bakı ayı” məqalə müsabiqəsində iştirak edərək 10 məqaləni yaradıb, 1 məqaləni redaktə ediblər.

Nümunə üçün qeyd edək ki, Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova Naxçıvan ayında iştirak edərək 3-cü, Nəqliyyat ayında 4-cü yeri, “Coğrafiya ayı “ 3-cü yeri tutub. Coğrafiya İnstitutunun əməkdaşı Əhəmzadə Həlimə “Coğrafiya ayı “ nda 4-cü yeri tutub .Tarix İnstitutunun əməkdaşı Elnur Nəciyev Naxçıvan ayında iştirak edərək 2-ci, Nəqliyyat ayında 2-ci , “Vikidata-Azərbaycanlılar ayı”nda iştirak edərək 2-ci, Başqırdıstan və Tatarıstan ayında iştirak edərək 4-cü yeri, “Asiya ayı” nda iştirak edərək 2-ci yeri tutub və eyni zamanda məqalə sayının çoxluğu və keyfiyyətinə görə Asiya ayının Səfiri adına layiq görülüb. Coğrafiya İnstitutunun əməkdaşı Gülnar Hacıyeva “Basketbol ayı”nda iştirak edərək 2-ci yeri tutub.  Coğrafiya İnstitutunun əməkdaşı Həlimə Əhmədzadə “Təkmilləşdirmə ayı” nda iştirak edərək 2-ci yeri tutub. Coğrafiya İnstitutunun əməkdaşı Zuleyxa Eyyubova “Kulinariya ayı”nda iştirak edərək 4-cü yeri tutub. Coğrafiya İnstitutunun əməkdaşı Gülnar Hacıyeva “VikiBahar 2018” ayında iştirak edərək 3-cü yeri tutub. Mərkəzi Elmi Kitabxananın əməkdasları Qulamhüseyn Məmmədov və Rəcəb Həsənbəyov “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nda iştirak edərək 1-ci və 2-ci yerləri tutublar. Coğrafiya İnstitutunun əməkdaşı Əhəmzadə Həlimə “İncəsənət ayı” nda iştirak edərək 2-ci yeri tutub. Coğrafiya İnstitutunun əməkdaşı Əhəmzadə Həlimə “Bakı ayı” nda iştirak edərək 2-ci yeri tutub.

Tədbirdə AMEA Coğrafiya, Tarix İnstitutlarının, həmçinin Tarix Muzeyinin əməkdaşlarına “Mövzulu ay” ərzində səmərəli çalışdıqlarına görə sertifikat və kitablar hədiyyə olunub. I yerə Qiymətləndirmə Komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov, II yerə Rəşid Nurməmmədov, III yerə Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, IV yerə Həlimə Əhmədzadə layiq görülüblər. Dörd mövzulu ayın mükafatına isə AMEA Tarix İnstitutunun əməkdaşı Elnur Nəciyev layiq görülüb. Mövzulu ayın qaliblərinə MEK rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və kitabxananın oxucu kartı da verilib.