SER ŞÖBƏSİNİN VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

Sərbəst Elektron Resurslarla iş şöbəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2014-cü il, 15 yanvar tarixli, 1/2 saylı Qərarı ilə yaradılmışdır. Qərarda bildirilir ki, Vikipediya virtual ensiklopediyasında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatların yetərincə olmaması alimlərimizin, mütəxəssislərimizin bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-video materialların Vikipediayaya daxil edilməsinə ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı Milli təhlükəsizlik konsepsiyasında informasiya təhlükəsizliyi əsas istiqamətlərdən biri kimi təsbit olunub. Vikipediyada Azərbaycanın milli maraqlarının qorunması da informasiyta təhlükəsizliyi siyasətinin tərkib hissəsidir. Bu siyasətinin həyata keçirilməsi AMEA-nın üzərinə də mühüm vəzifələr qoyur.

Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, ana dilində informasiya resusrlarından online istifadə imkanlarının genişləndirilməsi və bu məlumatların sərbəst elektron resurslarda və sosial şəbəkələrdə daha geniş yer almasına nail olmaq məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanası “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təlimlər təşkil edir.

Təlimlərin əsas məqsədi-elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini, qaydalarını və üsullarını öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.


SER şöbəsinin vəzifəsi

1. Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması,

2. Ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi,

3. Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini əks etdirən məlumatları Vikipediyada yerləşdirilməsi,

4. Vikipediyanın əsas önəmli layihələrindən biri olan seçilmiş, yaxşı məqalə və mövzulu ay layihəsində iştirakı təmin edilməsi,

5. Ayrı-ayrı sahələrin mütəxəssisləri üçün Vikipediyaya aid nəzəri və praktiki dərslərin tədrisi,

6. Vətəndaşlar arasında Vikpediyanın məşhurlaşdırılması və onların Vikipediyada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması,

7. Vikipediya ilə bağlı beynəlxalq və ictimai tədbirlərdə iştirak etməsi eyni zamanda əlaqələr qurmasıdır.