BEYNƏLXALQ VƏ İCTİMAİ TƏDBİRLƏR

AMEA MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları, bu şöbənin keçirdiyi Vikipediya təlimlərinin iştirakçıları, Vikipediya üzrə idarəçilər və könüllülər müxtəlif beynəlxalq və ictimai tədbirlərdə iştirak ediblər eyni zamanda əlaqələr qurmuşlar. Qeyd edək ki bu tədbirlərdə Vikipediya ilə bağlı bir sıra problemlər həllini tapmış, Vikipediyada görülən işlərdə birgə əməyə, həmrəyliyə dair çağırışlar edilmiş, keçirilən təlimlərin uğurlarından, Mekin vikipediya ilə bağlı əldə etdiyi nəaliyyət və töhfələrdən o cümlədən də Vikipediyanın”Mövzulu ay” layihəsində təlim iştirakçıların iştirak edərək qazandıqları nailiyyətlərdən bəhs edilmişdir. Keçirilən tədbirlər aşağıdakılardır:

– Qax rayonunun İlisu kəndində Vikimedia Fondunun dəstəklədiyi təcrübəli və yeni vikipediyaçıların yay düşərgəsi;

– Kanadanın Monreal şəhərində keçirilən Beynəlxalq Vikimaniya tədbiri;

– Coğrafiya İnstitutu "Azərbaycan Vikimediya könüllüləri" İctimai Birliyi ilə birlikdə “Coğrafiya elminin Vikipediyada yeri” mövzusunda tədbir;

– AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Coğrafiya İnstitutunun “Coğrafiya ayı”nın yekun nəticələri ilə bağlı “Vikipediyada mövzulu ay və mükafatlandırma” adlı birgə tədbiri:

– Şəms Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlığa başlanılmış, Vikipediyada Azərbaycana dair mühüm məqalələrin müxtəlif xarici dillərə tərcümə edilərək xarici Vikipediyalarda yerləşdirilməsi təmin edilmişdir: