VİKİ MƏQALƏLƏR HAQQINDA

Mərkəzi Elmi Kitabxananın SER şöbəsinin əməkdaşları və təlim iştirakçıları 20 Yanvar şəhidləri, AMEA Tarix İnstitutunun fəxri doktorları, Naxçıvanın görkəmli şəxsləri, müəssisələri, məhəllələri, küçələri, Azərbaycan jurnalları, qəzetləri, xanəndələri, diaspor nümayəndələri, jurnalistləri, kəşfiyyatçıları, Azərbaycanın xaricdə yaşayan professorları, xüsusi tarixi günləri, vikipediyada seçilmiş və yaxşı statusu almış məqalələr, “Mövzulu ay” layihəsi ətrafinda 4746 yeni məqalə yaradılıb, vikipediyada mövcud olan 1000 məqalə redaktə edilərək genişləndirilib. Eyni zamanda xarici dil vikipediyasında AMEA-nın 15 təsisçisi, Milli Qəhrəmanlarımız, görkəmli ədiblər haqqında bütövlükdə 70 məqalə yaradılmışdır. Milli Qəhrəmanlarımız 6 dildə Albert Aqarunov, Əliyar Əliyev, Vəzir Orucov, Əlif Hacıyevlə bağlı məqalə yaradılıb. XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı 4 əcnəbi dilli vikipediyalarda məqalə yaradılıb. Bu şəxsiyyətlər içərisində Abbasqulu ağa Bakıxanov, Süleyman Sani Axundov, Abbas Səhhət, Qasım bəy Zakir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mizə Şafi Vazehin adlarını qeyd edə bilərik. Yaradılan məqalələr də öz növbəsində KİV-də işıqlandırılmışdır. Görülən işlər müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərin, Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin daha geniş şəkildə təbliğinə öz töhfəsini vermişdir. Digər tərəfdən də SER şöbəsinin əməkdaşları və təlim iştirakçılarının fəaliyyəti nəticəsində Vikipediyada yeni məqalələrin yaradılması və mövcud məqalələrin redaktəsi etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırılmasına imkan vermişdir.

1. Bu məqalələrdən 85-i 20 yanvar Şəhidləri ilə bağlıdır: 20 Yanvar şəhidləri

2. Şəms Tərcümə mərkəzinin xidmətindən istifadə edilərək xarici dillərdə olan Vikipediyalarda yaradılan məqalə sayı - 34

a. İngiliscə - 4

b. Almanca – 7

c. İspanca -11

d. Fransızca – 5

e. İtalyanca – 6

f. Gürcücə - 1

Milli Qəhrəmanlarımız Albert Aqarunov, Əliyar Əliyev, Vəzir Orucov, Əlif Hacıyevlə bağlı cəmi 14 məqalə yaradılıb.
1. İspanca vikipediyada yaradılan məqalə sayı - 4 adda

1. Albert Aqarunov(ispa, alman, italyanca, fransızca)

2. Əliyar Əliyev(ispa, alman, )

3. Vəzir Orucov: (ispa, alman , ingliscə )

4. Əlif Hacıyev(ispa, alman, italyanca, fransızca, gürcücə)

Şəms Tərcümə Xidmətləri Mərkəzinin xidmətindən istifadə edilərək XIX--XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı 4 əcnəbi dilli vikipediyalarda 17 məqalə yaradılıb. Bu şəxsiyyətlər içərisində Abbasqulu ağa Bakıxanov, Süleyman Sani Axundov, Abbas Səhhət, Qasım bəy Zakir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mizə Şafi Vazehin adlarını qeyd edə bilərik:

1. Süleyman Sani Axundov (ispan, alman)

2. Abbas Səhhət (ispa, alman, italyanca, fransızca)

3. Abbasqulu ağa Bakıxanov (ispan, alman, italyanca, fransızca)

4. Hüseyn Cavid (ispan)

5. Qasım bəy Zakir (ispan, italyanca, fransızca)

6. Cəfər Cabbarlı (ispanca, italyanca)

7. Mizə Şəfi Vazeh (ispan)

Təlim iştirakçılarını Xüsusi günlərlə bağlı məqalələr yaratmağa təşviq etmək də daim diqqətdə saxlanılır. Hazırlanan bu cür viki məqalələrin mətbuatda geniş şəkildə təbliği təşkil olunur. Bu yolla təlim iştirakçıları bu istiqamətdə daha fəal iş görməyə həvəsləndirilir. Hazırda bu beş xüsusi mövzuda məqalə yaradılıb:

· 18 oktyabr Konstitusiya günü ilə bağlı. (Konstitusiya aktı adlı)

· 9 noyabr Bayraq bayramı (Səfəvi dövlətinin bayraqları adlı)

· 17 noyabr Milli Dirçəliş günü ilə bağlı. (Milli Dirçəliş günü)

· 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı (Dünya Azərbaycanlılarının Həmrəyliy Günü)

· 20 yanvar günü ilə bağlı (Ələkbər Talıbov adlı)