
MEK əməkdaşları Təşəkkürnamə ilə təltif olunublar
2025-04-17
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Cəmilə Miriyeva və Tutuxanım Qubatova yubileyləri münasibətilə Təşəkkürnamə ilə təltif olunublar.
Mükafatı təqdim edən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov əməkdaşların uzunmüddətli səmərəli fəaliyyətlərini yüksək qiymətləndirib, onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.