
Mərkəzi Elmi Kitabxana respublika elmi konfransı təşkil edir
2025-04-15
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə 23 may 2025-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 102 illiyi və MEK-in 100 illiyinə həsr olunmuş “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar və mütəxəssislər aşağıdakı istiqamətlər üzrə məqalələr təqdim edə bilərlər: Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti, rəqəmsal kitabxanaların formalaşdırılması və idarə olunması, elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə, kitabxanalarda istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalar, interaktiv multimedia və rəqəmsal sərgilərin təşkili.
Məqalələr mekkonfrans.az@gmail.com ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı bu link mekkonfranspdf vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, konfrans materialları jurnal şəklində MEK-in rəsmi saytında yerləşdiriləcək və eyni zamanda çap formatında da nəşr olunacaq.
"
"