
Mərkəzi Elmi Kitabxana kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir
2025-02-02
1-2 aprel 2025-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçiriləcək.
Qeyd edilən tarixlərdə ziyarətçilər Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri, sərgilər və digər göstərilən xidmətlərlə yaxından tanışlıq imkanı əldə edəcəklər.
“Açıq qapı” günləri 1- 2 aprel saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.
Qeyd edək ki, MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.