MEK

MEK əməkdaşları Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər

2025-03-06

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhidi, çavuş Elşən Müslümovun ailəsini ziyarət edərək, şəhidin yeganə övladı Elnaz Müslümovanın doğum gününə qatılıblar. Kitabxana əməkdaşları Elnaza gələcək həyatında və təhsilində uğurlar arzulayıblar.

Xatırladaq ki, şəhid Elşən Müslümov 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində iştirak etmiş və 8 oktyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 13 oktyabrda Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Müslümov Elşən Habil oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

  • Paylaş: