
AMEA-nın Ümumi yığıncağında məruzə ilə çıxış edən AMEA-nın akademik-katibi akademik Arif Həşimov Mərkəzi Elmi Kitabxananın elektron kitabxana sahəsində əldə etdiyi mühüm nailiyyətləri də vurğulayıb
2025-02-20
Akademik Mərkəzi Elmi Kitabxanada həyata keçirilən islahatların qurumun elmi-təşkilati fəaliyyətində müsbət irəliləyişlərlə müşahidə olunduğunu, qısa vaxtda elektron kitabxana istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. Çıxışı zamanı akademik Arif Həşimov MEK-in yeni veb-saytı və zənginləşdirilmiş elektron kitabxanasının 2024-cü ilin sentyabrın 25-də ictimaiyyətin istifadəsinə verildiyini, bununla əlaqədar Mərkəzi Elmi Kitabxanada “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasiminin keçirildiyini vurğulayıb. Kitabxana istifadəçilərinin tələblərinə uyğun hazırlanan yeni saytda məlumatların sadə və əlçatan formada oxuculara təqdim edildiyini, elektron kitabxananın 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərdiyini bildirib.
https://science.gov.az/az/news/open/31654