
MEK-in direktorunun həmmüəllifliyi ilə “İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı kitab nəşr edilib.
2025-02-07
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun da həmmüəllifliyi ilə ərsəyə gələn “İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı kitab nəşr edilib.
Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyəti, onun idarəetmə fəlsəfəsi, yeni dövrün çağırışları və milli ideya haqqında fikirləri, qarşıya qoyduğu vəzifələr müxtəlif fəlsəfi və politoloji aspektlərdə tədqiq edilir. Milli ideya yeniləşmə proseslərinin stimulverici və motivəedici faktoru kimi fəlsəfi baxımdan araşdırılır, tarixi yaddaş ilə bağlılıqda müstəqil dövlət quruculuğu gedişində təhlil edilir, onun milli şüur və milli özünüdərk prosesi ilə üzvi bağlılığı açılır, elmi-fəlsəfi nəticələr çıxarılır.
Monoqrafiyanın həmmüəllifləri f.e.d., professor İlham Məmmədzadə, t.e.d Eynulla Mədətli, f.e.d. Füzuli Qurbanov, tex.e.d. Hüseyn Hüseynov, s.e.ü.f.d. Sənan Həsənov, f.ü.f.d. Vüsal Zülfüqarovdur.