
Mərkəzi Elmi Kitabxanada dezinfeksiya işləri aparılıb
2025-01-27
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Belə ki, təmizliyi qorumaq və istənilən növ zərərvericiləri aradan qaldırmaq üçün Mərkəzi Elmi Kitabxanaya dəvət olunmuş xüsusi mütəxəssislər tərəfindən profilaktik sanitar-gigiyenik və digər qabaqlayıcı dezinfeksiya tədbirləri görülüb. Kitabxana fondlarındakı rəflər, sənədlər xüsusi məhlulla təmizlənib.
Onu da qeyd edək ki, əməkdaşlar arasında sanitar-gigiyenik qayda və tələblərinə əməl olunması ilə bağlı mütəmadi olaraq maarifləndirmə işləri də həyata keçirilir.