Nadir kitab fondunda mühafizə olunan kolleksiyalar

 

Nadir kitab fondunda mühafizə olunan  kolleksiyalardan ən irisi tanınmış “Numizmat-alim Y.A.Paxomovun (1) şəxsi kolleksiyası”dır. Kolleksiya 4188 nüsxə sənəddən ibarət olub, 1968-ci  ildə alimin ölümündən bir neçə il sonra həyat yoldaşı tərəfindən hədiyyə olaraq kitabxanaya verilmişdir.

2.Tarix Muzeyinin kolleksiyası” – 2588 nüsxə sənəddən ibarətdir, 2015-ci ildə AMEA-nın Tarix muzeyi tərəfindən MEK-ə hədiyyə olunmuşdur.

3. “Miniatür nəşrlər kolleksiyası” - 648 nüsxə sənəddən ibarətdir və bu kolleksiyanın sənədləri uzun illər həm fonddan, həm kitabxanaya daxil olan yeni sənədlər içərisindən formatına uyğun seçilərək toplanmışdır.

 4. 2016-cı ildə  MEK–in təşəbbüsü ilə “Poçt nişanı kolleksiyası” yaradılmışdır.  Kolleksiyanın yaradılmasında Azərmarka MMC şirkətinin böyük köməyi olmuşdur. Şirkət Azərbaycanda çap edilmiş markaların elektron variantını kitabxanaya təqdim etmişdir. Hal-hazırda  kitabxananın Nadir fondunda mühafizə olunan kolleksiya 1042 ədəd Poçt nişanından ibarətdir. Onlardan 137 ədəd  markanın əsli, 905 ədəd elektron variantdır. Yeni markalar çap olunduqca kolleksiyaya əlavə edilir.

 5. “Dünyanın qədim xəritələri kolleksiyası” isə MEK-in təşəbbüsü ilə yaradılmışdır. Hal-hazırda kolleksiyaya 387 elektron xəritə daxildir. Bu xəritələrdən 51 nüsxəsi Azərbaycanın qədim tarixinə aiddir.

 

 

Şərq ədəbiyyatı fondunda mühafizə olunan kolleksiyalar

 

1)  İslam və Ərəb ölkələrinin Orta əsrlər tarix üzrə mütəxəssis “Yevgeni Aleksandroviç Belyayevin şəxsi kolleksiyası” 1979-cu ildə Azərbaycan SSR EA Əsaslı kitabxanasına verilmişdir. 229 nüsxədən ibarət olan şəxsi kolleksiyanın 220 nüsxəsi Ərəb, 9 nüsxəsi isə Fars dilindədir.

2)  “Şərqşünas alim Bertels Yevgeni Eduardoviç” SSRİ EA-nın(1939), İran EA-nın (1944), Türkmənistan EA-nın (1951), Dəməşqdə Ərəb EA-nın (1955) müxbir üzvü olmuş, “İslam Ensiklopediyası”nın birinci nəşrinin müəlliflərindən biri olmuşdur. Şəxsi kolleksiyası alimin vəfatından (1957) sonra Azərbaycan SSRİ EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilmişdir. Bu zəngin kitab xəzinəsində 4253 nüsxə sənəd vardır. Bunlardan 2340 nüsxə Şərq və Avropa, 1913 nüsxə isə rus və digər SSRİ xalqlarının dillərindədir. Bu kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli sənədlər əhəmiyyətli yer tutur.

3) “Diplomat Zahid Yusifoğlu Hüseynzadənin şəxsi kolleksiyası” MEK-in Şərq ədəbiyyatı fonduna 1984-cü ildə daxil olmuş, 1917-1980-ci illərdə nəşr olunmuş 467 nüsxə Türk, Ərəb və Avropa dillərindəki sənədlərdən ibarətdir. 467 nüsxədən ibarət olan kolleksiyanın 440 nüsxəsi Türk, 13 nüsxəsi Ərəb və 14 nüsxəsi Avropa dillərində olan sənədlərdir.

4) Şərqşünas, Orta əsrlər Yaxın və Orta Şərq tarixi üzrə “İranşünas alim Boris Nikolayeviç Zaxoderin şəxsi kolleksiyası” 1990 nüsxədən ibarətdir.

5) Dünya miqyasında tanınmış türkoloq alim, Macarıstan EA-nın həqiqi üzvü, “Akademik Georg Hazainin şəxsi kitab kolleksiyası” 2011-ci ildə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vilayət Quliyevin təşəbbüsü ilə AMEA MEK-ə hədiyyə edilmişdir. 1814 nüsxədən ibarət olan kolleksiyanın 1273 nüsxəsi Türk, 541 nüsxəsi isə Avropa dillərindədir.

 

 

 

İstifadəçilərə xidmət və nəzarət bölməsində 

(yardımçı fondlarda) mühafizə olunan  

kolleksiyaların siyahisi

 

1.  Naxçıvan bölməsinin kolleksiyası 

95 illik tarixə malik AMEA Mərkəzi Elmi Kitabxananın fondunu bir sıra unikal nəşrlər, kolleksiyalar zənginləşdirir. 2016-cı ildə AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA-nın Naxçıvan bölməsinin nəşrlərindən ibarət yeni bir kolleksiya da MEK-in çoxsaylı kolleksiyaları (64 kolleksiya) sırasına qatıldı.

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu–Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.

322 nüsxə sənədi əhatə edən kolleksiya 5 minillik tarixə malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi, Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olan, “dünyanın naxışı”, “dünyanın bəzəyi” adlandırılan Naxçıvan haqqında müfəssəl və dəqiq məlumatlarla zəngindir. Qeyd etmək lazımdır ki, bu kolleksiyaya daxil olan sənədlər əsasən Naxçıvanın tarixi, təbiəti, coğrafiyası, ümumiyyətlə, bütün sahələri haqqında mükəmməl və dəqiq məlumat verən tədqiqat əsərləridir və əksəriyyəti də ilk  və ya yeni aspektdə tədqiq olunan mövzulara həsr olunub.           

Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”,  “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”,(üç dildə) “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas kimi fundamental nəşrləri kolleksiyanın incilərindəndir. Naxçıvan haqqında tədqiqat işi aparan alimlərə, Naxçıvanla maraqlanan oxuculara ən gözəl məlumat mənbəyi olacaq kolleksiyadan istifadə də operativ və yüksək səviyyədə təşkil olunub. Kolleksiya yeni nəşrlərlə zənginləşməkdədir.  Kolleksiyaya daxil olan sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. 

Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.


       


2. Professor Qara Əhmədovun şəxsi kolleksiyası

     Arxeologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü  Qara Əhmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə 2017-cı ildə hədiyyə olunmuşdur.  Qara Məhəmməd oğlu Əhmədov 1928-ci ildə arxeoloji abidələrlə zəngin Qəbələ rayonunun Çarxana kəndində sadə faytonçu ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1944-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş, 1949-cü ildə universiteti  bitirdikdən sonra aspiranturaya daxil olmuşdur. 
1949-cu ildə Q.Əhmədovun ilk elmi əsəri- “Azərbaycanda Yalolutəpə” adlı məruzənin  tezisləri çap edilmişdir. Qara müəllim 1952-ci ildən AMEA-nın Tarix institunda əmək fəaliyyətinə başlamış və ömrünün sonuna kimi baş laborantdan bölmə rəhbərinədək müxtəlif vəzifələrdə çalışmışdır. 1958-ci ildə keçmiş SSRİ  EA Arxeologiya İnstitunun Leninqrad bölməsinin ixtisaslaşdırılmış Elmi Şurasında Örənqala qazıntılarının materialları əsasında “Azərbaycanın IX-XIII əsrlər şirsiz məişət keramikası” mövzusunda dissertasiya işi müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Qara Əhmədov Azərbaycanın orta əsr şəhərlərinin öyrənilməsinə xüsusilə böyük qüvvə sərf etmişdir. 1972-ci ildə “Beyləqan orta əsr şəhəri” mövzusunda dissertasiya müdafiə edərək  Azərbaycanda doktor elmi dərəcəsi alan ilk arxeoloq olmuşdur. 1979-cu ildə monoqrafiya kimi nəşr olunan bu tədqiqat əsəri 20 ildən artıqdır ki, arxeoloqların stolüstü kitabçasıdır.  
Q.Əhmədov Azərbaycan arxeologiya elmini Ümumittifaq və beynəlxalq konfranslarda layiqincə təmsil edirdi. Onun Moskva, Leninqrad, Kiyev, Tbilisi, Səmərqənd, Alma-Ata  və digər şəhərlərdə keşirilən elmi məclislərdə məruzələri böyük maraqla qarşılanırdı. Qara müəllim arxeoloji abidələri tədqiq və təbliğ etməklə yanaşı onların qorunması qayğısına qalırdı. O, Respublika Tarix və mədəniyyət abidələrinin mühafizəsi cəmiyyətinin arxeoloji bölməsinə rəhbərlik etmişdir. 1959-1968-ci illərdə Örənqala, 1973-cü ildən  son vaxtlara qədər Qəbələ arxeoloji ekspediyasının rəisi olmuş, 20 il Arxeologiya və Etnoqrafiya sektorunun Elmi şurasına rəhbərlik etmişdir. 2002-ci ildə  AMEA-nın müxbir üzvü seçilmişdir.  Qara Əhmədov 2003-cü ildə vəfat etmişdir. 
Q.Əhmədovun  “Bu günə necə gəlib çıxmışıq”,  “Qədim Beyləqan”,  “Qəbələ”,   “Örənqala”, “Azərbaycanın şirsiz saxsı məmulatı” və s. kimi arxeoloji əsərləri bu gün də tarixçi-arxeoloqların müraciət etdiyi tədqiqat əsərləridir. Kolleksiyaya  professor Qara Əhmədovun sıx əlaqədə olduğu Gürcüstan arxeoloqlarının tədqiqat əsərləri, həmçinin iştirak etdiyi konfranslarda, sessiyalarda həmkarları tərəfindən ona hədiyyə edilmiş müxtəlif dillərdə kitablar da daxildir. Kolleksiyada 102 nüsxə sənəd mühafizə olunur və kolleksiya ailəsi tərəfindən təqdim olunan sənədlərlə zənginləşməkdədir. 
Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Bu dəyərli mənbələrdən araşdırmaçıları istifadə etməyə dəvət edirik. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.


3. AMEA-nın müxbir üzvü, professor  Ənvər Şıxlinskinin kolleksiyası 

Coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA–nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin Coğ­rafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarə­sinin iqlim şöbəsinin rəisi, Azərbaycan Dövlət Mükafatı laureatı Ənvər Şıxlinskinin  kolleksiyası AMEA-nın Coğrafiya institutu tərəfindən MEK-ə hədiyyə olunub.  Kolleksiya 755 nüsxə sənəddən ibarətdir. Bunlardan 26-sı Azərbaycan, 729-u isə rus dilindədir.

       Azər­baycanın, Dağıs­tanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitab­çaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. O, res­pub­lika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdir­mişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı tor­paq-iqlim xəritəsi (1955, 1970) onun nailiy­yət­ləri sırasındadır. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri, dövlət ordenləri və medallarla təltif edilmişdir. 

       “Azərbaycan SSR iqliminin təsviri” (1937, rus dilində), “Azərbaycan SSR atlası” (1963, Azərbaycan və rus dillərində), “Azərbaycan SSR-in istilik balansı atlası” (1978, Azərbaycan və rus dillərində), “Azərbaycan SSR-in iqlim xəritəsi” (1977, Azərbaycan və rus dillərində), “Azərbaycanın istilik balansı” (1969) əsərlərinin müəllifi, “Sovet Azərbaycanı” (1958) və “Azərbaycan iqlimi” (1968) monoqrafiyalarının (hər ikisi rus dilində) əsas müəlliflərindən və elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmi kadrlar hazırlanmışdır.

       AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mərhum direktoru, akademiyanın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyasında müxtəlif elm sahələrinə dair kitablar öz əksini tapıb. Bunlar kənd təsərrüfatı elmləri, fizika-riyaziyyat, yer haqqında elmin müxtəlif sahələri - geologiya, coğrafiya, yerin fizikası, meteorologiya və s. sahələr, biologiya, iqtisadiyyat, tarix, bədii ədəbiyyat, texnika, fəlsəfə, elm, tibb, sosiologiya və b. elm sahələrinə dair kitablardır. Bundan başqa kolleksiyanın tərkibində müxtəlif elmi konfranslara həsr olunmuş kitablar, elmi əsərlər, elm sahələrinə aid lüğətlər yer alır.

Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Oxucularımızı bu dəyərli mənbələrdən istifadə etməyə dəvət edirik. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.




4. Akademik HəsəƏliyevin kolleksiyası


Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə Yelizavetpol quberniyası Comərdli kəndində anadan olmuş, 2 fevral 1993-cü ildə Bakıda vəfat etmişdir.

Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru (1968-1987), dövlət mükafatı laureatı Həsən Əliyevin kolleksiyası 21 oktyabr 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasına AMEA Coğrafiya İnstitutunun kitabxanası tərəfindən hədiyyə edilmişdir. Kolleksiyaya 489 nüsxə sənəd daxildir. Bunlardan 410 nüsxə sənəd rus dilində, 73 nüsxə sənəd Azərbaycan dilində, 6 nüsxə sənəd isə xarici dildədir. Kolleksiyanın tərkibində müxtəlif elm sahələrinə - fizika, biologiya, riyaziyyat, geologiya, coğrafiya və s. elm sahələrinə dair sənədlər vardır. Kolleksiyada mühafizə olunan sənədlərin əsas hissəsini coğrafiya və təbiət elmlərinə dair sənədlər təşkil edir və bu sahələrin mütəxəssisləri üçün ən gözəl tədqiqat mənbələridir.
  Kolleksiyaya daxil olan sənədlərdən “Çay kimi çağlayan ömür”, “Akademik Həsən Əliyevin biblioqrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Zaqatala dövlət qoruğu”, “Тревожный сигнал”, “Земельные ресурсы Азербайджана, их рациональные использование и охрана”, “Рельеф Азербайджана”, “Региональная геоморфология Кавказа”, “Нагорный Карабах: история, факты, события”, “Геофизика ландшафта” və s. adlarını çəkmək olar.
  Kolleksiyaya daxil olan sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kolleksiya MEK-in Yer elmləri üzrə yardımçı fondunda mühafizə olunur. Bu dəyərli mənbələrdən oxucularımızı yararlanmağa dəvət edirik.  Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz. 



    


5.Geoloq alim Əli Bayramovun kolleksiyası


Əli Əşrəf oğlu Bayramov geologiya və mineralogiya sahəsində Azərbaycanın tanınmış alimlərindən olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1951-2001-ci illərdə Azərbaycan Geologiya idarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) ekspedisiyalarının geoloji qruplarında işləyib, kollektor vəzifəsindən ekspedisiyanın baş geoloqu vəzifəsinə qədər yüksəlib. 1966-cı ildə “Dağlıq Qarabağ Muxtar Vilayətinin geoloji quruluşu və onun Kiçik Qafqaz sistemində vəziyyəti (Tərtərçay-Qozluçay çayarası zonasının misalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə mükafatlandırılıb, 1978-ci ildə Azərbaycanın elm və texnika sahəsində Dövlət mükafatı laureatı adına layiq görülüb. 1998-ci ildə onun “Azərbaycanın alternativ enerji daşıyıcıları resursları” kitabı nəşr olunub. Son elmi işi “Qızılın metallogeniyası” monoqrafiyasıdır.

  Görkəmli alim, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun  kolleksiyası ailə üzvləri tərəfindən 2017-ci ildə  MEK-ə hədiyyə olunub. Kolleksiya 69 nüsxə sənəddən ibarətdir. Bunlardan 13-ü Azərbaycan, 2-si ingilis, 54-ü isə rus dilindədir.  Kolleksiyada fərqli elm sahələrinə aid sənədlər öz əksini tapsa da, əksər sənədlər yer haqqında elmlərin müxtəlif bölmələrindən bəhs edir. Kolleksiyanın tərkibində dilçilik, siyasət, incəsənət, filologiya, tarix elmlərinə dair kitablar, elmi əsərlər, müxtəlif elm sahələrinə aid lüğətlər yer alıb.

     Kolleksiyada Azərbaycan dilində olan  “Akademik M.Ə.Qaşqayın elmi irsi (XXI əsrdən baxış)”, Firudin Şuşinskinin müəllifi olduğu “Azərbaycan xalq musiqiçiləri”, “Akademik Akif Əlizadə - istedadla enerjinin harmoniyası” və 1991-ci ildə nəşr edilmiş “100 böyük türk” və s. kitablar yer alıb. Kolleksiyada rus dilində olan sənədlərdən “Золото Азербайджана”, “Неотектоника и некоторые аспекты позднеорогенной геодинамики Азербайджана”, “Рудные месторождения Азербайджанской Республики” və s. adlı kitabların adlarını çəkmək olar.

       Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmiş və araşdırmaçıların istifadəsinə verilmişdir. Kolleksiya MEK-in Yer elmləri üzrə yardımçı fondunda mühafizə olunur. 

Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz. 




     


6.Professor Rüfət Kasumovun kolleksiyası 


   Kasumov Rüfət Məmməd oğlu 11 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1967-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat iqtisad institutunda işləyib. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. 1992-ci ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında dosent vəzifəsində çalışıb. 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının professorudur. 215-dən artıq elmi-metodiki əsərin və 250-dən çox çap əsərinin müəllifidir.

   İqtisad elmlər doktoru Rüfət Kasumovun kolleksiyası 2017-ci ildə özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 404  nüsxə sənəddən ibarətdir. Bunlardan 50 nüsxə Azərbaycan dilində, 193 nüsxə rus dilində, 161 nüsxə xarici dildədir. Kolleksiyaya daxil olan sənədlər mövzu baxımından olduqca zəngindir. İqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam dininə aid sənədlər kolleksiyanın incilərindəndir.

  Kolleksiayaya daxil olan sənədlərdən “Beynəlxalq turizm bazarı”, “Рынок международного туризма : теория и практика”, “İslam iqtisadiyyatı”, “Turizm termin və anlayışlarının izahlı ensiklopedik lüğəti”, “Azərbaycanda turizm”, “Менеджмент в социально-культурном сервисе и туризме”, “The Rise and Development of İnterest-Free Banking”,  “Международный туризм”, “University Research for Innovation”, “Azərbaycan Dövlət İqtisad Universiteti-80” və s. sənədlərin adlarını çəkmək olar.
  Kolleksiyaya daxil olan sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kolleksiya MEK-in Humanitar elmlər üzrə yardımçı fondunda mühafizə olunur. Bu dəyərli mənbələrdən oxucuları istifadə etməyə dəvət edirik. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.



    


7. Professor Seyidağa Onullahinin kolleksiyası

  Professor Seyidağa Onullahi 26 avqust 1925-ci ildə İranın Astara şəhərində anadan olmuş və orta məktəbi fars dilində bitirmişdir. O, 1945-46-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və “21 Azər” medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur qalaraq Azərbaycana pənah gətirmiş S.Onullahi 1952-ci ildə Gəncədə Zərdabi adına Pedaqoji İnstitutun tarix fakültəsini bitirmiş, Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olaraq, 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə isə professor titulunu almışdır. 1962-ci ildən AMEA-nın Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsində kiçik, baş və aparıcı elmi işçi vəzifələrində çalışmış S.Onullahi 2001-ci ildən ömrünün sonuna kimi BDU-nun  “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasının müdiri vəzifəsində işləmişdir. Onun elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıça problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə monoqrafiyanın və 100-dən artıq elmi məqalənin müəllifi olmuş professor 2004-cü ildə Bakıda vəfat edib.

  Tarix üzrə elmlər doktoru, şərqşünas, professor Seyidağa Onullahinin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə 2017-ci ildə, davamı isə 2018-ci ildə hədiyyə olunub. Kolleksiya ümumilikdə 242 nüsxə sənəddən ibarətdir.

   Əsasən tarix, ədəbiyyat, coğrafiya və digər ixtisas sahələrinə aid mənbələrin daxil olduğu kolleksiyada “Füyuzat ədəbi məktəbi”, Ziya Bünyadovun redaktorluğu ilə ərsəyə gələn “Историческая география Азербайджана”, M.Nemətovanın müəllifi olduğu “Мемориальные памятники Азербайджана”, xalq rəssamı Lətif Kərimovun “Азербайджанский ковер”, Türk-Oğuz ədəbi qəhrəmanlıq dastanı olan “Dədə Qorqud”, Məşrutə hərəkatını əks etdirən “Sərdari milli Səttərxan”, Mircəfər Pişəvərinin “Seçilmiş əsərləri”, tədqiqatçı Səməd Sərdarniyanın “İrəvan - bir müsəlman vilayəti idi” və s. əhəmiyyətli kitablar yer almaqdadır. Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kolleksiya MEK-in Humanitar elmlər üzrə yardımçı fondunda mühafizə olunur. Bu dəyərli mənbələrdən oxucularımızı yararlanmağa dəvət edirik.  Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz


     


8. Professor Xudu Məmmədovun kolleksiyası 

      Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alır. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə AMEA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, o, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş Sovet İttifaqı məkanında ən istedadlı tədqiqatçı kimi tanınır.  X. Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

   İctimai-siyasi xadim, professor, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, 1969-cu ildə yaradılmış Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədovun kolleksiyası 2008-ci ildə ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 666 nüsxə  sənəddən ibarətdir. Bu kolleksiyada  kimyaya,  ədəbiyyata və s. demək olar ki, bütün elm sahələrinə aid sənədlər yer almaqdadır.

   Kolleksiyada  Azərbaycan dilində 21 nüsxə sənəd mövcuddur ki, onlardan N. Gəncəvinin 1981-ci ildə nəşr olunmuş “Xəmsə”, 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”, “Baburnamə”, Xaqani Şirvaninin “Seçilmiş əsərləri”, “Ərəb və fars sözləri lüğəti”, kristalloqrafiya elminə aid vəsait və digər elm sahələrinə aid kitabları misal göstərmək olar.

   Müəllifin kolleksiyasında sənədlərin əksəriyyətini rus dilində olan sənədlər təşkil edir. Bunlardan “Svod tadjikskoqo folklora”, M. Qorkinin 1950-1958-ci illərdə nəşr olunmuş 24 cildli əsərlərinin külliyyatı, Q. İbsenin, Romen Rollanın əsərləri,  A.P.Çexovun 1954-57-ci illər arasında nəşr olunmuş 12 cildlik əsərlərinin külliyyyatı, E.E. Bertelsin 1962-ci ildə çapdan çıxmış “Nizami və Füzuli”, “İskusstvo stran i narodov mira” və s. kitablarla yanaşı çoxlu lüğətlər, kimya elminə aid “Texnoloqiya kristallov”, “Bioqrafii velikix ximikov”, 1932-ci ildə nəşr olunmuş B. Lorensin “Struktura silikatov” və digər müxtəlif elm sahələrinə aid kitablar, elmi əsərlər öz əksini tapmışdır.  Kolleksiyada xarici dildə 36 sənəd mövcudur.  Burada da yenə kimya elminə aid kitablar, xarici müəlliflərə aid bədii kitablar, lüğətlər və s. sənədlər yer alır. Qeyd edək ki, bu sənədlər Xudu Məmmədovun kitabxanasında onun öz şəxsi möhürü ilə qorunub saxlanmışdır.

    Kolleksiya MEK-in e-kataloquna və MRY bazasına daxil edilərək, Yer elmləri üzrə yardımçı fondunda mühafizə olunur. Oxucuları bu dəyərli mənbələrdən yararlanmağa dəvət edirik. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.


     



9.Professor Abbas Zamanovun kolleksiyası

  Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Abbas Zamanov 1911-ci ildə Naxçıvan MR-in Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra komsomol təşkilatlarında çalışan Abbas Zamanov iki il "Gənc işçi" qəzeti redaksiyasında işləyib. Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib, "Azərnəşr"in bədii ədəbiyyat şöbəsində müdir olub.

  A. Zamanov 1940-1941 illərdə  Opera teatrının və filarmoniyanın direktoru olub. İkinci dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində baş müəllim, AEA -nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, 1968-1971-ci illərdə AEA -nın Nizami adına Ədəbiyyat muzeyinin direktoru, 1971-1979-cu illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. A.Zamanov I dərəcəli «Vətən müharibəsi» ordeni, “Döyüş xidmətlərinə görə” və bir sıra medallarla təltif edilib. O, 1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

  Abbas Zamanovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə 2014-cü ildə hədiyyə olunnmuşdur. Kolleksiya 2417 nüsxə  sənəddən ibarətdir. Əsasən tarix, ədəbiyyat və s. ixtisas sahələrinə aid mənbələrin daxil olduğu kolleksiyada “Антология Азербайджанской поэзии”, “Омар Хаййам Трактаты”, “Вересаев В.В. Полное собрание. Пушкин в жизни”, “Вл. Гордлевский. Государство сельджукидов Малой Азии”, “Г.Султанова. Поэзия М.А. Сабира”, “З.М.Буниятов. Государство Атабеков Азербайджана”, “A.Zamanov Sabir və muasirləri”, “A.Zamanov. Əməl dostları”, “M.S.Ordubadi. Seçilmiş əsərləri”, ”Molla Nəsrəddin” və s. əhəmiyyətli sənədlər yer almaqdadır.

  Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kolleksiya Humanitar elmlər üzrə yardımçı fondda mühafizə olunur. Bu dəyərli mənbələrdən oxucularımızı yararlanmağa dəvət edirik. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.

  

10. Xalq yazıçısı Mirzə İbrahimovun kolleksiyası

  Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur.  Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır . Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr etmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır.  Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvanda "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmişdir.
  
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
  
Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunmuşdur. Kolleksiya  321 nüsxə  sənəddən ibarətdir.  Əsasən ədəbiyyata  aid mənbələrin daxil olduğu kolleksiyada İmadədin Nəsiminin “Əsərləri”, Hüseyn Cavidin “Seçilmiş əsərləri”, Anar Rzayevin “Dədə Qorqud”, Məmməd Səid Ordubadinin “Əsərləri”, Mir Cəfər Paşayevin “Yolumuz hayanadır”, Mirzə Fətəli Axundovun “Əsərləri”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Sədi Şirzinin “Gülüstan”, Süleyman Rüstəmin “Təbrizim” və s. əhəmiyyətli kitablar yer almaqdadır. Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kolleksiya Humanitar elmlər üzrə yardımçı fondda mühafizə olunur. Bu dəyərli mənbələrdən oxucuları yararlanmağa dəvət edirik.

 


11. Professor Rudolf İvanovun kolleksiyası 

Rudolf İvanov 1931-ci ildə Pyatiqorsk şəhərində anadan olmuşdur. O, 1960-cı ildə Moskva Energetika İnstitunu və Aspuranturanı  bitirmişdir. R.İvanov dosent, professor, Reproqrafiya kafedrasının  müdiri, Ümumittifaq Elmi tədqiqat institutun 1- ci direktor müavini ,  birgə Sovet –İngiltərə “Reprosetr” mərkəzinin direktoru, İnformasiya vasitələri yaradılması sahəsində, reproqrafiya sahəsində çalışmışdır. SSSR-də  birinci ictimai  surətçıxarma   mərkəzinin  yaradıcısı olmuşdur.

 Рrofessor Rudolf  İvanov 28 kitab, 200-dən artıq tarixi məqalə və oçerklərin müəllifidir. Rudolf  İvanovun  kolleksiyası H. Əliyev fondu tərəfindən MEK-ə 2007-ci ildə  hədiyyə olunmuşdur. Kolleksiya  209  nüsxə  sənəddən ibarətdir. Kolleksiya MEK-in Humanitar və İctimai elmlər üzrə yardımçı fondunda mühafizə olunur.  Kolleksiyada  Р. Иванов  “Российское купечество: история, законы, бытие, подвиги”, Р. Иванов  “Путешествие знаменитого пленника  третьего имама Дагестана и Чечни Шамиля  из Гуниба в Санкт-Петербург”, А.П. Берже “Краткий обзор горских племен на Кавказе”, А.Гизетти  “Библиографический указатель  о военных действиях  русских войск на Кавказе”, С.Н.Шулигин “Из Дагестанских преданий о Шамиле и его сподвижниках”,  Е.И. Мартынов  “Корнилов” və s. əhəmiyyətli kitablar yer almaqdadır. Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.

 

  


12. Elçin Aslanovun kolleksiyası 

 

  Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyalarının müəllifidir. Elçin Aslanov 1982-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinə rəhbərlik edib. 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.
  
Elçin Aslanovun kolleksiyası 2018-ci ildə Azər Əhmədbəyli tərəfindən MEK-ə hədiyyə olunub. 126 nüsxə sənəddən ibarət kolleksiyada Azərbaycan, rus və başqa dillərdə kitablar yer alıb. Humanitar və ictimai  elmlər üzrə yardımçı fondda mühafizə olunur.  Əsasən incəsənətə   aid mənbələrin daxil olduğu kolleksiyada Rasim Əfəndiyevin “Azərbaycan mədəniyyət nümunələri”, Elçin Aslanovun “Təxti –nərd dəsgahı”, Rasim Əfəndi “Azərbaycan dekorativ-tətbiqi sənədləri”, Karin Rührdanz “Türkische Miniaturmalerei”, С.И.Руденко “Древнейшие в мире художественные ковры тканы”, “Атлас по истории культуры и искусства”, “Государственный музей искусства” “İndian miniatures” və s. əhəmiyyətli kitablar yer almaqdadır. Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Kolleksiya Humanitar elmlər üzrə yarımçı fondda mühafizə olunur. Bu dəyərli mənbələrdən oxucuları yararlanmağa dəvət edirik. Kataloqa daxil olmuş sənədlərin siyahısını buradan əldə edə bilərsiniz.




13.Rasim Kazımovun kolleksiyası 

 

 Azərbaycan kitabxanaşünaslığında əvəzsiz xidmətləri olan, görkəmli ki­tab­xa­naşünas-biblioqraf alim, novator, pedaqoq, təşkilatçı Rasim Əhməd oğlu Kazımov 1932-ci ildə mayın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rasim Əhməd oğlu Kazımov 1950-ci ildə 44 saylı orta məktəbi gümüş medalla bitirərək V.M.Molotov adına Moskva Dövlət Kitabxanaçılıq İnstitutuna daxil olmuşdur. 1954-cü ildə universiteti bitirərək biblioqraf ixtisası almış və SSRİ miqyasında ən sanballı təhsil ocaqlarından birinin   ilk və yeganə azərbaycanlı məzunu kimi adını Azərbaycan kitabxana işi tarixinə yazdıra bilmişdi. Təhsilini başa vurduqdan sonra Vətənə qayıdan gənc Rasim Kazımov 1954-57-ci illərdə Bakı kitabxanaçılıq texnikumunda müəllim olmuşdur.

    1957-1962-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında əmək fəaliyyətini davam etdirən Rasim Kazımov şöbə müdiri, elmi katib və direktor müavini vəzifəsinə qədər yüksəlmiş, kollektivin dərin hörmətini qazanmağa müvəffəq olmuşdur. 1962-ci ildə Azərbaycan SSR EA-nın Dil və ədəbiyyat aspiranturasına daxil olan  Rasim müəllim eyni zamanda Mərkəzi Elmi Kitabxanada yeni yaradılmış Kartoqrafiya şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, metodiki qrupun rəhbəri, 1965-ci ildə Azərbaycan SSR EA Mərkəzi Elmi Kitabxanasının direktoru təyin edilmişdir.  

    1972-ci ildə “Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioq-rafiyasının vəziyyəti və inkişafı məsələləri:1946-1964-cü illər” adlı namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1977-ci ildən ömrünün sonunadək indiki BDU-nun Kitabxanaçılıq fakültəsində “Kitabxanaşünaslıq” kafedrasının müəllimi olmuşdur. 1987-ci ildə isə kitabxanaşünaslıq kafedrası üzrə dosent elmi adını almışdır. Mərkəzi Elmi Kitabxanasının 2004-cü ildən böyük elmi işçi kimi fəaliyyət göstərmişdir.

   Rasim müəllim Azərbaycan kitabxanaşünaslıq elminin inkişafında böyük əməyi olan şəxsiyyətlərdən biridir. Onun müəllifi və tərtibçisi olduğu “Neft” ədəbiyyat göstəricisi (Bakı, 1960), “Azərbaycan Respublika Kitab Palatası: yaddaş (1925-1965)”, (Bakı, 1965), “Состояние и развитие библиографии художественной литературы литературоведение в Азербайджане” (Баку,1965), “Azərbaycan Dövlət Kitabxanası” (Bakı, 1965), “Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyasının vəziyyəti və inkişafı məsələləri:1946-1964-cü illər” (Bakı, 1965), “Библиография художественной литературы и литературоведения в Азербайджане (1920-1965 гг.)” (Баку, 1972), “Библиотечный факультет” (Баку, 1983), “Kitabxana işçisinin məlumat kitabı” (Bakı, 1986), “Abuzər Alı oğlu Xələfov” (Bakı, 1987), “Bazar iqtisadiyyatı və kitabxanalar” (Bakı,1996), “Kitabxana işinin iqtisadiyyatı” (Bakı, 2000), ”Kitabxana marketinqi: BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi üçün proqram” (Bakı, 2000), “Kitabxana işinin iqtisadiyyatı” (Bakı, 2004), “Müdriklik və alimlik zirvəsində:  Abuzər Alı oğlu Xələfov” (Bakı, 2006) kimi əsərləri kitabxanaçıların bu gün də müraciət etdiyi sənədlərdi.

   Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədr müavini olmuş Rasim Kazımov  “Əmək şücaətinə görə” və “Əmək veteranı” medalları ilə SSRİ Elmlər Akademiyasının, Mədəniyyət Nazirliyinin və Həmkarlar İttifaqının fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.

   Rasim Kazımovun kolleksiyası 2008-ci ildə ailəsi tərəfindən kitabxanaya təqdim edilmişdir. Biblioqrafik sorğular bölməsinin  kitabxana-informasiya sahəsi üzrə ixtisaslaşmış fondunda mühafizə olunur. 286 nüsxədən ibarət kolleksiyanın əsas hissəsini ixtisasa dair 1954-2007-ci illərin ədəbiyyatı təşkil edir. Bu dəyərli mənbələrdən oxucuları yararlanmağa dəvət edirik.

 


     


14.Tofiq Quliyevin kolleksiyası 


    İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyev 1935-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuşdur.

     1953-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuş, 1957-ci ildə qırmızı diplomla bitirmişdir.   1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun  aspiranturasında oxumuş, 1963-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş və “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

    İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Quliyevin 58 nüsxə sənəddən ibarət  kolleksiyası AMEA Mərkəzi Elmi Kitabxanasına 2018-ci ildə alimin özü  tərəfindən təqdim edilmişdir. Kitabların 12-si Azərbaycanda, 9-u Rusiyada, 7-si İranda, 2-si isə Türkiyədə nəşr olunub. Professorun kitabları MEK tərəfindən mübadilə yolu ilə Türkiyə, Fransa, İtaliya, Almaniya və s. ölkələrin kitabxanalarına, Amerikanın Konqres, Harvard Universiteti kitabxanalarına, bu ölkələrin elm-təhsil müəssisələrinə göndərilmişdir.  MEK tərəfindən T.Quliyev haqqında Vikipediyada səhifə yaradılmış, onun həyat və yaradıcılığı ilə bağlı faktlar bu səhifədə yerləşdirilmişdir.

    Kolleksiya MEK-in Humanitar və İctimai elmlər üzrə yardımçı fondunda mühafizə olunur.  Kolleksiyada “İnsan resurslarının idarə edilməsi”, “İnflyasiyanın anatomiyası”, “Əməyin iqtisadiyyatı” , “Əməyin sosiologiyası”,  “Menecmentin əsasları” ,“Об устойчивости и надежности экономических систем”, “Экономическая синергетика” , “Кризис либерализма”, “Парадоксы экономических теорий”, “Экономическая логика”,  “Türkün-türkü”, “Dünyanı dəyişə bilsəydim” , “Haqqın səsi” və s. əhəmiyyətli sənədlər yer almaqdadır. Kolleksiyadakı sənədlər MEK-in e-kataloquna və MRY bazasına daxil edilmişdir. Bu dəyərli mənbələrdən oxucuları yararlanmağa dəvət edirik.



    

 

15. “İmran Məmmədovun kolleksiyası”

İmran Məmmədovun kolleksiya ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 552 nüsxə  sənəddən ibarətdir.

16. “Akademik İmam Mustafayevin kolleksiyası”

Bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi İmam Mustafayevin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 1018 nüsxə  sənəddən ibarətdir.

17. “Akademik Mikayil Useynovun kolleksiyası”

Azərbaycan memarı və memarlıq tarixçisi, professor Mikayil Hüseynovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. 227 nüsxə  sənəddən ibarətdir.

18. “Professor Aleksandr Umnyaşkinin kolleksiyası”

Professor, həkim  Aleksandr Umnyaşkin kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 341  nüsxə  sənəddən ibarətdir.


Kitabxana - informasiya sahəsi üzrə ixtisaslaşmış fondda mühafizə olunan kolleksiya

 

Kitabxana - informasiya sahəsi üzrə ixtisaslaşmış fondda görkəmli kitabxanaşünas-alim və pedoqoq “Rasim Kazımovun şəxsi kitab kolleksiyası” mühafizə olunur. Kolleksiya 2008-ci ildə alimin ailəsi tərəfindən kitabxanaya hədiyyə edilmişdir. 280 nüsxə sənəddən ibarət olan kolleksiyadakı sənədlər 1954-2007-ci illəri əhatə edir. 

 

 

Elektron resurslar fondunda mühafizə olunan kolleksiyalar

 

Elektron resurslar fondunda  “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki Sahil”, “Ombudsman Aparatının hazırladığı nəşrlər”dən ibarət kolleksiyalar yer almaqdadır. "Azərbaycan" qəzeti 2003-2017-ci illəri, "Yeni Azərbaycan" qəzeti 2014-2017-ci illəri, "İki Sahil" qəzetisə 2017-ci ili əhatə edir.

 

 

 

                

Akademiklərin  zalında mövcud Diplomatik  Fonda məxsus olan kolleksiyalar

 

    Azərbaycanda və dünya ölkələrində  fəaliyyət göstərən Diplomatik nümayəndəliklər tərəfindən Mərkəzi Elmi Kitabxananın Diplomatik Fonduna 20 adda kolleksiya hədiyyə olunmuşdur. Diplomatik fond iki bölmədən ibarətdir.

 

 


1-ci bölmə.

Dünya ölkələrinin Azərbaycan  Respublikasında fəaliyyət göstərən Diplomatik  nümayəndəlikləri tərəfindən hədiyyə edilən kolleksiyalar

  1. Sənədlərin sayına görə ən zəngin kolleksiya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə aiddir. 259 nüsxədən ibarət bu kolleksiya Mərkəzi Elmi Kitabxanaya 2017-ci ildə daxil edilmişdir. Bu kolleksiyada əsas hissəni İranın müasir dövr ədəbiyyat nümayəndələrinin əsərləri təşkil edir. Müasir dövrlə yanaşı Klassik poeziyanın görkəmli nümayəndələri Hafiz, Firdovsi, Sədi Şirazinin də əsərləri kolleksiyada yer almışdır. Tarix mövzusunda İranın müasir dövr tarixçisi Əlirza Şapur Şahbazinin “Təxte Cəmşid” əsərini (İranın qədim tarixi şəhəri, Əhəmənilər dövlətinin paytaxtı olmuş Persopolisin tarixini araşdırır), Əbdulhüseyn Zərrin Kubun “Ruzgəran”(İran tarixi başlanğıcından Pəhləvilərin süqutuna qədər), “Aşnayi ba tarixe İran” (İranın ümumi tarixini əhatə edir) əsərlərini nümunə göstərmək olarMərkəzi Elmi Kitabxananın beynəlxalq tərəfdaşlıq layihəsi əsasında kitabxanada Ərəb ölkələrinin Respublikamızdakı səfirlikləri ilə görüşlər təşkil olunmuşdur.
  2. Səfirliklərlə qarşılıqlı əlaqələrin nəticəsi olaraq MEK-ə Misir Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif elm sahələrini əhatə edən 99 nüsxə ədəbiyyat hədiyyə edilmişdir. Hədiyyələr içərisində "Əl-Əzhər” jurnalının 60 nüsxəsi yer almışdır. Nəşrlər 2010-2016–cı illərdə “Əl-Əzhər” İslam Araşdırmalar Akademiyasının dərc etdiyi aylıq buraxılışlardır. Bundan başqa bu kolleksiyaya din və elm münasibətlərinə aid tədqiqat işlərinə, beynəlxalq əlaqələrin qayda və prinsipləri, İslamda beynəlxalq münasibətlərdən bəhs edən Məhəmməd Əbu Zəhranın “İslamda beynəlxalq əlaqələr” kitabına rast gəlmək olur. Bundan başqa Misir xəttatı Mustafa Məhəmməd Amrinin öz dəsti-xəttiylə yazdığı xəttatlıq nümunəsi də müəllifin özü tərəfindən kitabxanaya hədiyyə olunmuşdur.
  3. İordaniya Həşimi Krallığının Azərbaycandakı səfirliyi tərəfindən 40 nüsxə sənəd MEK-ə təqdim olunmuşdur. Kolleksiyada Ğazi Rübabiənin 3 cildlik “Qüdsün siyasi tarixi” adlı kitabı, 4 cilddə olan, Madobanın tarixi, coğrafiyası, mədəniyyətini əks etdirən “Madoba regionunun ensiklopediyası”, Məhəmməd Mahmud Bədr Şilbiyyənin “Ərəb xristianları və onların Fələstin azadlıq hərəkatında rolu” və s. adda dəyərli sənədlər yer almışdır.
  4. Birləşmiş Ərəb Əmirliyinin Azərbaycandakı səfirliyi tərəfindən  MEK-ə  BƏƏ-nin araşdırma mərkəzlərinin 40 illik tədqiqatları nəticəsində ərsəyə gələn və ölkənin tarix, elm və mədəniyyətini əks etdirən 49 nüsxə sənəd daxil edilmişdir. BƏƏ dövlətinin təsisçisi, ilk prezidenti Şeyx Zayed bin–Sultan əl-Nahyanın həyat və hakimiyyət illərini əks etdirən “Birlik gücüylə” adlı bu sənəd kollekiyada önəmli yer tutur.
  5. Mərakeş krallığının Azərbaycandakı Səfirliyindən Mərkəzi Elmi Kitabxanaya 1 nüsxə sənəd hədiyyə edilmişdir. “Mərakeş diplomatiyası”na dair  bu kitabda Məğribin (Mərakeşin) keçmiş dövrlər ərzində diplomatik fəaliyyətinə dair rəsm əsərləri,  Məğrib səfiri Abd əl-Vahid bin Məsud Ankonun I Elizabeti 1600-cü ildə qarşılama səhnəsi, İtaliya səfiri Stefan Skufasın 1876-cı ildə sultan Mövla əl-Həsəni  qarşılama günü, habelə Məğrib və dünya rəssamlarının əsərləri, incəsənət nümunələri əks olunmuşdur.
  6. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Mərkəzi Elmi Kitabxanaya 49 nüsxə sənəd hədiyyə olunmuşdur.  Bunların içərisində olan  “Osmanlı Belgelerinde Karabağ” adlı T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü tərəfindən hazırlanmış kitab, Yusuf  Sekinin  “Dış basında Ermeni meselesi (1999-2003)”, Abdullah Saydamın “Kırım ve Kafkas göçleri”, Mehmet Rıhtımın hazırladığı, Övliya Çelebinin “Səyahətnamə”sində Azərbaycan, Sednik Paşa Pirsultanlının “Azerbaycan efsane ve rivayetlerinin edebiyat anıtlarımızla karşılaştırmalı tetkiki”, Erdal Karamanın “Türk Dünyasının sesi Bahtiyar Vahabzade”, 1917-ci ildə Bakıda nəşr olunmuş “Qardaş köməyi / Kardeş yardımı”  və s. kimi dəyərli sənədlərin adlarını çəkmək olar.
  7. Yaponiyanın  Nippon Fondu tərəfindən “Read Japan” (Yaponiyanı mütaliə et) adlı layihə çərçivəsində  Yaponiya dövlətinin Azərbaycandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilən kolleksiyanın sayı 106 nüsxədir. Bu nəşrlər  əsasən 5 elm sahəsini əhatə edir: Siyasət və Beynəlxalq əlaqələr, İqtisadiyyat və Biznes, Cəmiyyət və Mədəniyyət, Ədəbiyyat, İncəsənət və Tarix. Bu sənədlər oxucuların Yaponiyanı daha da yaxından tanıması üçün yardımçı rolu oynayır.
  8. Yunanıstan Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təqdim edilən kolleksiyanın  sayı 14 nüsxə təşkil edir. Dəyərli sənədlər sırasında Yunanıstan olimpiya oyunları və onun simvolu olan  müqqədəs olimpiya məşəli haqqında bəhs edən «Греция», Peloponiya fondunun yaranmasının 25 illiyinə həsr edilmiş «25 years Peloponnezian folklore foundation», 1992-ci ildə çap olunmuş, XVI-XVII əsrdə yaşamış yunan mənşəli ispan rəssamı haqqında bəhs edən «El Greco» və s. adlı sənədlərə rast gəlmək olur.
  9.  Koreya Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən alınan 4 nüsxə sənəd Koreyanın mədəni irsi haqqındadır.
  10.  Türkmənistan Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən hədiyyə edilən 3 sənəddə  «Туркменистан: Стратегия мира и развития»,  «Нейтралитет Туркменистана: новая эпоха в миротворческой истории человечества» Türkmənistanın Prezidenti Qurbanoğlu Verdiməhəmmədovun ölkənin xarici siyasəti və diplomatiyası məsələlərinə dair nitqləri, məruzələri, müsahibələri öz əksini tapmış və ölkə başçısının  sülh  naminə irəli sürdüyü siyasətdən bəhs olunur.
  11.  Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən 7 nüsxə sənəd kitabxanaya hədiyyə edilmişdir. Kolleksiyaya Nobel mükafatçısı Qabriel Qarcia Markesin əsərləri, habelə Mərkəzi Elmi Kitabxanada təqdimatı keçirilmiş Azərbaycan-İspan dillərində çap olunmuş “20 şeir” adlı sənəd daxildir.
  12.  Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri olan Serbiya Respublikasının Azərbaycandakı Səfirliyi MEK-ə 17 adda ədəbiyyat hədiyyə etmişdir.  Bu Azərbaycan haqqqında serb dilində Belqradda  çap olunmuş nəşrlərə Ziya Bünyatovun «Азербейцан од VII  до  IX века»,  Quram Marxulia və Şəbnəm Nuriyevanın  «Напахена Йерменийа Митови реалност», “Живот прекрасних лъуди»,  Rəsul Rzanın  «Бойе»,   Cəlil Məmmədquluzadənin «Изабрана дела у два тома»,  Elçinin «Смртна пресуда» , Baxış Mehdiyevin  «223  Београдска носилац ордена црвене заставе» adlı sənədləri daxildir. Sonda adı çəkilən sənəd Zaqafqaz frontunda yaradılmış 2-ci Vətən müharibəsi zamanı Belqrada qədər getmiş 223-cü piyada deviziyası haqqındadır.
  13.  Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri və Mərkəzi Elmi Kitabxana arasında 2017-ci il dekabr ayında görüş keçirilmişdir. Qarşılıqlı əlaqələr nəticəsində MEK-ə 14 nüsxə sənəd daxil edilmişdir. Bunlar arasında Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun əsərlərini, Özbəkistanın tarix və mədəniyyətini əks etdirən nəşrləri, habelə Ş.Salamovun “Карабах. Война  идей” adlı kitabın adını çəkmək olar.
  14.  Macarıstan Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Mərkəzi Elmi Kitabxanaya 16 nüsxə sənəd hədiyyə edilmişdir. Bu kolleksiyaya Erika Bartos “Budapest in Drawings”,“Art treasures in the palace of the Hungarian Academy of Sciences”, “A golden age”, “İmre Thökölynin İzmit günləri”  adlı maraqlı ədəbiyyatlar daxildir.

                                                               

2-ci bölmə.

 

Azərbaycan Respublikasının dünya ölkələrində fəaliyyət göstərən Diplomatik  nümayəndəlikləri tərəfindən hədiyyə edilən kolleksiyalar

 

  1. Azərbaycanın Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, cənab Vilayət Quliyev tərəfindən kitabxanaya 110 nüsxə sənəd hədiyyə edilmişdir. Bu kolleksiyada Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Dədə Qurqud”, təkcə Azərbaycanın deyil, Türk dünyasının möhtəşəm tarixinin sənət əsərlərindən biri və birincisi, “Koroğlu” – qəhramanlıq haqqında, ədalət uğrunda xalqın apardığı mübarizə, ”Oğuznamə” – oğuzlar haqqında bədii tarixi təsvir, ölməz Füzulinin əsərləri, tanınmış azərbaycan yazıçıları M.F.Axundzadə, Cəlil Məmmədquluzadə, Abdürrəhim bəy Haqverdiyev, Anar, görkəmli bəstəkar Üzeyir Hacıbəyov, Azərbaycanın qədim incəsənət əsərləri, Dağlıq Qarabağ münaqişəsi haqqında və Azərbaycan-Macarıstan əlaqələrini əks etdirən sənədlərə rast gəlmək olar.
  2. Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, cənab Həsən Həsənov tərəfindən kitabxanaya 140 nüsxə ədəbiyyat təqdim olunmuşdur. Bu dəyərli sənədlər arasında 2001-ci ildə Krakov şəhərində çap olunmuş “The Jagiellonian Library. A bibliographiles Treasure House” (Yaqlon kitabxanası. Kitab sevənlərin Xəzinə Evi), XIV-XV əsrdə yaşayan teologiya üzrə professor Yan Opolanın  dəyərli əlyazma kolleksiyası və Polşada çap olunmuş Azərbaycan haqqında materiallar da öz əksini tapmışdır.
  3. Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, cənab Namiq Əliyev tərəfindən alınan kolleksiya 32 nüsxə  təşkil edir. Kolleksiyada Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, məşhur mətbəxi, Azərbaycan-Moldova əlaqələrini əks etdirən sənədlər xüsusi yer tutur.
  4. Azərbaycanın Litva Respublikasındakı səfirliyi tərəfindən 4 nüsxə ədəbiyyat əldə edilmişdir. MEK-də kolleksiyaya daxil  olan Algimantas Lekisin “Переселение народов на Кафказе ХХ в.” və Ginteras Visoskosun  “Juodojo  sodo tragedija”  adlı sənədlərin təqdimatı keçirilmişdir.
  5. Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi tərəfindən 67 nüsxə sənəd kitabxanaya hədiyyə edilmişdir. Kolleksiyaya tanınmış fars rəssamı Mahmud Farschianın rəsm əsərləri toplusu, İranın incəsənəti və memarlığını əks etdirən dəyərli kitablar, habelə ”İlham-Simaye yek rəise-cumhur” adlı Azərbaycan prezidenti İlham Əliyev haqqında fars dilində bioqrafiya, Ermənistan və Azərbaycan münaqişəsinə dair Birləşmiş Millətlər Təşkilatının sənədlər toplusu, Azərbaycan filosofu Osman Əfəndinin “Kitabi-Dədə Qorqud”un fəlsəfi idrakı” əsəri və digər qiymətli sənədlər daxildir.
  6. Azərbaycanın Gürcüstan Respublikasındakı sabiq, fövqəladə və səlahiyyətli səfiri, cənab Namiq Əliyev tərəfindən 17 nüsxə sənəd əldə edilmişdir. Bu kolleksiyada Azərbaycan-Gürcü dillərində olan “Min bir Azərbaycan  bayatısı”,  “Песни Мирзы Шафи”,  Şota Rustavelinin “Pələngdərili cəngavər”,  Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş K. Mermanişvilinin “Memento mori” adlı musiqi kompozisiyası, Г.Мархулия  “Армянская национальная идея и конфликты на Кавказе” adlı sənədlər xüsusi yer tutur.