MEK beynəlxalq konfranslara ev sahibliyi edib
  
10444

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) “Şuşa İli” çərçivəsində Azərbaycanda yerləşən bir qrup təhsil və elm müəssisənin birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında "III Qarabağ Sosial və Humanitar Elmlərdə Müasir Araşdırmalar” və III Beynəlxalq Qarabağ “Tətbiqi Elmlər” konfranslarını keçirib.

MEK-də keçirilən konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, İndoneziya, Rusiya, Çin, Qazaxıstan, Nigeriya, Braziliya, Malayziya, Cənubi Afrika, İraq, Ukrayna və digər ölkələrdən nümayəndələr qatılaraq müxtəlif mövzularda elmi məruzələrlə çıxışlar ediblər. Məruzələrdə Azərbaycanın qədim diyarı, Qarabağın baş şəhəri, ölkənin mədəniyyət paytaxtı Şuşanın qədim tarixi, abidələri, mədəniyyəti, görkəmli nümayəndələri, əhalisi və coğrafi-mövqeyi, səfalı havası, eyni zamanda 30 ilə yaxın düşmən işğalı altında qalan Qarabağ bölgəsinin ermənilər tərəfindən dağıdılaraq vandalizm aktına məruz qalması, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfəri, Qarabağın enerji resursları,  energetika və elektronika qurğularının bərpası və s. bu kimi mövzular öz əksini tapıb.

Qeyd edək ki, hibrid formada üç gün davam edən konfranslara ümumilikdə 28 ölkədən 1000-ə yaxın müraciət olub və bunların sırasından 646 məqalə qəbul edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

 

ErsteVorherige12NächsteLetzte