MEK-in Nadir kitablar və qiymətli nəşrlər fondunda dövlətçiliyə aid nəşrlər mühafizə edilir
  
10431

AMEA Mərkəzi Elmi Kitabxanasının Nadir kitablar və qiymətli nəşrlər fondunda “Miniatür nəşrlər kolleksiyası” yer alır. Kolleksiyadakı kitablar həm daxil olan sənədlərdən, həm də kitabxananın fondlarından formatına uyğun seçilərək toplanılıb.

Bu miniatür nəşrlər müxtəlif mövzuları əhatə edir və burada Azərbaycan dövlətçiliyinə həsr olunmuş kitablar da mövcuddur.

Nəşrlər sırasında ümummilli lider Heydər Əliyevin elm və təhsil, dövlətçilik və azərbaycançılıq, mədəniyyət və incəsənət, ədəbiyyat, tarixin ayrı-ayrı dövrləri haqqında çox dəyərli və qiymətli kəlamları, həmçinin görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri fikirlərin yer aldığı “Qalib gəldi, qalib getdi” miniatür kitablar toplusu, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş “Naxçıvan Muxtar Respublikası. 90 il”, “Heydər Əliyevin neft strategiyası”, Azərbaycan xüsusi xidmət orqanlarının 85 illiyinə həsr olunmuş “Azərbaycan Xüsusi Xidmətləri. 1918-1920” (Elşad Qoca), “Azərbaycan fəxr edir”, “Dünya azərbaycanlılarının birinci qurultayı” və digərləri öz əhəmiyyəti ilə seçilir.

Qeyd edək ki, kolleksiyada 700-ə yaxın kitab mühafizə olunur.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)