Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 28 May Müstəqillik Günü ilə əlaqədar virtual və ənənəvi formada sərgi təşkil edilib.
Sərgidə MEK-in fondlarından “Azərbaycan Xalq Cümhuriyyəti - 100” fundamental elmi biblioqrafiya, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyəti. Müstəqilliyə gedən yol”, “Azərbaycan Cümhuriyyəti tarixi, siyasi və ədəbi-kulturoloji müstəvidə”, Şirməmməd Hüseynovun “Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr”, Bəxtiyar Qaraca və Akif Aşırlının “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar”, “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Təhsil siyasəti sənədlər toplusu” (azərbaycan və rus dillərində), Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi”, “Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)”, Samirə Məmmədli “Azərbaycan Cümhuriyyəti bədii nəsrdə”, Əzizə Nəzərlinin “Azərbaycan Cümhuriyyətində xalq təhsili (1918-1920)”, Həsən Həsənovun “Birinci Respublikaya aparan yolda. Azərbaycan tarixi oçerkləri”, Anar İsgəndərlinin “Azərbaycan həqiqətləri 1917-1920”, Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” (fotolar və sənədlər əsasında), Çingiz Abdullayevin “Almaniyada Cümhuriyyət arzusu” və digər nəşrlər təqdim olunur.
Nəşrlərdə tariximizin şanlı səhifələrindən, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən keçən dövr ərzində tarixi proseslərdən və s. məsələlərdən bəhs olunur.
Sərgi iki həftə boyunca davam edəcək.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)