MEK Ulu Öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş sərgi təqdim edib
  
10305
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Suraxanı rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı  tərəfindən birgə keçirilən “Əbədiyaşar Ulu Öndər" adlı tədbirə qatılaraq, kitab sərgisi təşkil edib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sərgidə dahi liderin həyatını, zəngin və çoxşaxəli irsini, keçirdiyi beynəlxalq, siyasi və iqtisadi görüşlərini, Azərbaycan dilinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi qayğısını, Azərbaycan elminə və təhsilinə verdiyi dəyərli töhfələrini, eyni zamanda ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi olan şanlı Zəfər tariximizi əhatə edən kitablar, akademik nəşrlər əksini tapıb. Həmçinin nəşrlərin virtual sərgisi hazırlanıb.

Virtual sərgidə MEK-in fondlarından Azərbaycan, türk, rus, ingilis və çin dillərində nəşr olunmuş dəyərli kitablar yer alıb. Burada  akademik İsa Həbibbəylinin müəllifi olduğu “Heydər Əliyev və Naxçıvan Universiteti”, professor İradə Hüseynovanın “Гейдар Алиев - от политического руководителя к общенациональному лидеру”, Türkiyə Respublikasının İstanbul şəhərində Baş Konsulluğunun təşəbbüsü ilə nəşr olunan “Haydar Aliyev ve Azerbaycanda yeni devlet kuruculuğu”, Ramiz Mirzəyevin “Road starting from Contract of Century”, Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun “Heydər Əliyev və Çin” və digər kitablar nümayiş olunub.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

 

ErsteVorherige12NächsteLetzte