MEK fonduna Zəfər tarixi ilə bağlı kitablar daxil olub
  
10289

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fonduna Azərbaycanın 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı zəfərə həsr olunmuş kitablar daxil olub.

Nəşrlər sırasında “Böyük qayıdış”, “Bizim böyük qələbəmiz”, “Zəfər memuarları. Döyüşçülər sərkərdə və müharibə haqqında”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Hər biri qəhrəmandır”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” (Aynur Səfərli) və bu yöndə digər kitablar yer alıb.

Ordumuzun şanlı qələbəsini öz səhifələrində əks etdirən bu kitablar həm də MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)