Mərkəzi Elmi Kitabxanaya üzv olan oxucuların sayı durmadan artır
  
8920

Fəaliyyətini müasir oxucu-kitabxana münasibətləri, oxuculara yeni texnologiyalara əsaslanan xidmətlərin göstərilməsi üzərində quran Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) üzv olanların sayı durmadan artır.

Bunun səbəbi isə mütəmadi şəkildə kitabxanaya müxtəlif elm sahələrini əhatə edən nəşrlərin daxil olması, cəmiyyətdə, xüsusilə də gənclər, tələbələr arasında kitaba marağın artmasıdır. Dərsliklərə, dərs vəsaitlərinə, siyasətə və dövlətçiliyə aid kitablara, elmi-kütləvi nəşrlərə, elmi-tədqiqat əsərlərinə, xarici və yerli bədii ədəbiyyatlara tələbat yüksəkdir. Məhz bu yöndə MEK gün ərzində 300-dən artıq oxucuya xidmət göstərir.

Qeyd edək ki, AMEA MEK-in xidmətlərindən – oxu zallarından, kitab və kitabxana fonduna məxsus sənədlərdən istifadə etmək üçün 18 yaşdan yuxarı bütün şəxslər qeydiyyatdan keçərək istifadəçi kartı əldə edə bilərlər.

Xatırladaq ki, AMEA-nın əməkdaşları, magistrları, dissertantları və doktorantları, eləcə də Qarabağ və Vətən müharibəsi qaziləri, şəhid ailələri və veteranlar, habelə 75 yaşdan yuxarı şəxslər üçün xidmət ödənişsiz əsaslarla həyata keçirilir. MEK həftəiçi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)