MEK-ə Qarabağ Azadlıq Təşkilatı və Folklor İnstitutundan nəşrlər daxil olub
  
8915

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Qarabağ Azadlıq Təşkilatından Ermənistan-Azərbaycan Qarabağ münaqişəsini tarixi faktlarla əks etdirən “Qarabağ dünən, bu gün və sabah” (XIX və XX Elmi-əməli konfransların materialları), həmçinin, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycanın əzəli torpaqlarının azad edilməsi və Qarabağ danışıqlarının gedişatı ilə bağlı baş verən proseslərin, daxili və xarici ekspertlərin mövqelərinin xronoloji ardıcıllıqla yer aldığı “Qarabağ gündəliyi” (21, 22, 23, 24) adlı bülletenlər, eyni zamanda Hacı Əkbər Rüstəmovun müəllifi olduğu “Vətən” adlı kitab daxil olub.

AMEA-nın Folklor İnstitutu tərəfindən MEK-ə “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” (Seyfəddin Rzasoy), “Parçalanmış Türküstanı gəzərkən” (Əli Şamil), “Qissədən əfsanəyə, yazıdan sözə. Folklorlaşan ulul-əzm peyğəmbərlər: Dini folklor I” (Füzuli Bayat), “Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforları və psixoloji komplekslər” (Səfa Qarayev), “Dədə Qorqud”, “Azərbaycan nağılları: obrazlar və funksiyalar” (Səfa Qarayev, Hikmət Quliyev), “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər”, “Güney Azərbaycan folkloru XI”, “Güney Azərbaycan folkloru XII” adlı nəşrlər təqdim olunub. Nəşrlərdə Nizami Gəncəvi yaradıcılığı, Dədə Qorqud eposu, Azərbaycan nağılları, Güney Azərbaycanın zəngin şifahi xalq yaradıcılığı və s. mövzular öz əksini tapıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan sözügedən nəşrlər MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilərək rəqəmsallaşdırılıb.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)