AMEA Mərkəzi Elmi Kitabxanasına 34 adda dəyərli kitab daxil olub
  
8906

"NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına 34 adda dəyərli kitab daxil olub.

Daxil olan ədəbiyyatlar sırasında İrəvan xanlığının əzəli Azərbaycan torpağı olmasını qədim tarixi mənbələr və elmi cəhətdən əsaslandıran “Azərbaycanın əzəli və əbədi torpağı İRƏVAN XANLIĞI” (2020) adlı genişhəcmli dördcildlik ensiklopedik kitab, Musa Urudun Azərbaycan torpağı olan Zəngəzurun antik dövrlərdən son illərə qədərki tarixi, coğrafiyası, əhalisi, bölgədəki etnogenez prosesləri, azərbaycanlıların mübarizəsi, qəhrəmanlığı və faciəsi türk, ərəb, fars, erməni, alban mənbələri, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuş “Zəngəzur” elmi publisistik nəşri, Hacı Nərimanoğlunun dünyanın sayıb seçilən siyasətçilərindən biri – qardaş Türkiyə Prezidentinin ölkəsinin tərəqqisinə, Türkiyə-Azərbaycan və eləcə də türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə verdiyi dəyərli töhfələri qələmə aldığı “Rəcəb Tayyib Ərdoğan” adlı kitabı, Teymur Əhmədovun “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” (2011) ensiklopedik məlumat kitabı, “Həsən bəy Zərdabi” (2015), “Seçilmiş əsərləri” beşcildliyi, akademik Hüseyn Əhmədovun “Avrasiya xalqlarının məktəb və pedoqoji fikir tarixinə dair oçerklər” (2012),  Azərbaycanda ilk dəfə olaraq işlənən, musiqi aləminə aid olan Azərbaycan və ingilis dillərindəki “Azərbaycan musiqi dünyası. Azerbaijan music world” adlı ensiklopedik albom-kataloq  və digərləri yer alıb.

Qeyd edək ki, daxil olan nəşrlər tarixçilər, tədqiqatçılar, tələbələr, magistr, dissertant, habelə geniş oxucu kütləsi üçün dəyərli elmi elmi mənbələrdir.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

ErsteVorherige12NächsteLetzte