MEK-ə AMEA-nın Gəncə bölməsindən nəşrlər daxil olub
  
8701

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Gəncə bölməsindən yeni nəşrlər daxil olub.

Nəşrlər sırasında “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” (Məmməd Ələkbərov), “Nizami Gəncəvinin şəcərə tarixi” (Xəlil Yusifli, Samir Pişnamazzadə, Elnur Həsənov), “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” (Əlimuxtar Muxtarov), “Nizaminin musiqi dünyası” (Rauf İsmayılzadə), “Nizami lirikası və...” (Xəlil Yusifli), “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” (Sevda Qurbanəliyeva), “Gəncənin tarix yaddaşı“ (Fərrux Əhmədov), “Heydər Əliyev Fondu və Gəncə”, “Поезия и время” (научно-популярный сборник) (Aləmzər Tağıyeva, Samir Səmədov), “Gəncə İmamzadə türbəsi” (Elnur Həsənov), “Nüzhətül-məcalis” (X-XIII əsrlərdə farsca yazılmış məşhur rübailər toplusundan seçmələr), “Gəncə şəhərinin hərb tarixi və şəhidləri”, “31 Mart soyqırımı” (tarixi gerçəkliklər), “Gəncə tarixinin aktual problemləri” (II elmi-praktiki konfransın materialları) adlı kitablar və “Nizamişünaslıq Elmi əsərlər”, “Elm və həyat” jurnalları yer alıb.

Qeyd edək ki, sözügedən nəşrlər e-kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)