Xarici tərəfdaşlarla əməkdaşlıq intensiv olaraq davam etdirilir
  
8632

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi məqsədilə beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir.

Bu günlərdə MEK-ə Potsdam Universitet Kitabxanası, Şotlandiya Milli Kitabxanası, Sloveniya Elmlər Akademiyasının Kitabxanası, Yaponiyanın Neft Kimya Cəmiyyətindən müxtəlif nəşrlər daxil olub. Nəşrlər ətraf mühit, geologiya, iqlim, riyaziyyat, ictimai elmlər və başqa sahələri əhatə edir.

MEK-in xarici tərəfdaşları ilə əməkdaşlığı müntəzəm olaraq davam etdirilir və aktual mövzularla bağlı xarici nəşrlərin əldə edilməsi istiqamətində işlər aparılır.

 

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)