MEK əməkdaşları “YAŞAT” Fonduna növbəti dəfə ianə ediblər
  
8629

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları aylıq maaşlarından könüllü olaraq “YAŞAT” Fonduna növbəti dəfə ianə ediblər.

 

Xatırladaq ki, MEK əməkdaşları ötən ilin dekabr və cari ilin iyul aylarında da aylıq maaşlarından könüllü olaraq Fonda vəsait köçürmüşdü.

 

Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılıb.

 

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)