MEK beynəlxalq kitab mübadiləsində iştirak edib
  
7038
Beynəlxalq kitab mübadiləsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən xarici ölkə kitabxanalarına 50-ə yaxın müxtəlif adda nəşr göndərilib. Göndərilən nəşrlər sırasında “Рамиз Мехтиев. Низами Гянджеви: наследие мыслителя в контексте мировой культуры и национального самосознания”, “Эльдар Амиров. Мыслитель, затменный славой поэта. O научном мировоззрении Низами Гянджеви”, “Nizami Gəncəvi Əsərləri 1 və 2-ci cildlər”, “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği”, “Литературный Азербайджан 2021 №1,2,3,4,5,6,7,8”, “Azərbaycan neft təsərrüfatı 2021-N 1.2.3.4”, “Türkologiya 2021 N1” mövcuddur. Sözügedən kitablar Rusiya, Çin, Bolqariya, Rumıniya, Belarusiya, Yaponiya, Venesiya, Türkmənistan, Sloveniya və Budapeşt kitabxanalarına, akademiya və universitetlərinə göndərilib.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana tərəfindən ölkədaxili və beynəlxalq kitab mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Kitab mübadilələri kitabxanaların fondlarının zənginləşməsi ilə yanaşı oxucuların nəşrlərdən daha səmərəli istifadəsinə şərait yaradır.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)