Şəhid ailəsi MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda olub
  
7037

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vətənimizin şanlı tarixinə adlarını qızıl hərflərlə yazan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş “Qarabağ müharibəsi qəhrəmanları” fondunu Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Ramil Babayevin ailə üzvləri ziyarət ediblər.

Görüş zamanı şəhidin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunda Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçılarına həsr olunmuş guşələr, onların fotoşəkilləri, eləcə də şəhidlərin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə edilən kitablardan ibarət kolleksiya ilə tanış olublar. Fondun kollektivi ilə görüş əsnasında ailəsi, şəhid Ramil Babayevin ikinci övladının onun ölümündən 10 gün sonra dünyaya gəldiyini bildiriblər.

Qeyd edək ki, şəhidin ailə üzvləri şəhidin sağlığında sevə-sevə oxuduğu Rabindranat Taqorun “Seçilmiş əsərləri” kitabını fonda hədiyyə ediblər.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)