AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
  
7030
AMEA Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin əməkdaşları İsveçin Gothenburg Universiteti tərəfindən onlayn şəkildə baş tutan “Qarabağ: Zəfərə gedən yol” XVII Beynəlxalq Elmi Simpoziumunda iştirak ediblər. Şöbənin əməkdaşlarından Səkinə İsmayılova “Qarabağ motivlərində bədii psixologizmin təzahürünə dair”, İlahə Ağazadə “Qarabağda ədəbi turizmin ana xətti” adlı məqalələri ilə simpoziuma qatılıblar.
Qeyd edək ki, MEK əməkdaşlarının məqalələri “Karabakh: Way to Victory” adlı beynəlxalq jurnalda çap edilib, həmçinin onlar sertifikatla təltif olunublar.
Əməkdaşlarımızı təbrik edirik!


İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)