MEK-də Azərbaycanşünaslıq və MRY istiqamətində işlər davam etdirilir
  
7002

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş (MRY) şöbəsi geniş oxucu kütləsinin Azərbaycana aid informasiya resursları ilə təmin edilməsi üçün ənənəvi və elektron kataloqu bu mövzuda materiallarla zənginləşdirir.

Şöbə tərəfindən cari ilin 6 ayında Qarabağ Azərbaycandır!, 44 günün salnaməsi, Azərbaycan Ordusu, Nizami Gəncəvi, Azərbaycanın tarixini, mədəniyyətini, siyasətini və s. mövzuları əks etdirən elmi məqalələr kitab, qəzet, jurnal, ND materiallarından seçilərək biblioqrafik təsviri ənənəvi və elektron kataloqa daxil edilib. Ümumilikdə isə cari ilin 6 ayında 4245 məqalə daxil edilib.

Onu da qeyd edək ki, ötən 6 ay ərzində 1571 sənəd MRY bazasına aid edilib. AMEA İnstitutlarından məktubla müraciət əsasında göndərilən 100-ə yaxın materialın müəllif hüquqları qorunmaq şərtilə elektron versiyası yaradılaraq MRY bazasına daxil edilib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)