Milli Mətbuatımızın yaranmasından 146 il ötür
  
6996

Azərbaycanın Milli Mətbuatının əsası 22 iyul 1875-ci ildə görkəmli maarifçi, naşir Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub.

Qəzet 1875-1877-ci illərdə fəaliyyət göstərib və bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. O dövrdə "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub.

Qəzetin nəşri dayandırdıqdan sonra onun ənənələrini özündən sonra işıq üzü görən "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri davam etdirib. XX əsrin əvvəllərində isə "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi milli ruhlu qəzetlər nəşr olunub.

“Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.