“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
  
6992

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA və Fransanın Monpelye Universitetinin Birgə Seçki Komissiyasının onlayn görüşü, “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda konfrans, Biologiya və Tibb Elmləri Bölməsinin onlayn Ümumi yığıncağı, “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatına həsr olunmuş mədəniyyət gecəsi, Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı növbəti məşğələsi və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Neft-qaz geologiyası sahəsində tanınmış alim”, “Pandemiya və müharibə sınağından uğurla çıxan Azərbaycan mətbuatı”, “Türkologiyada söz yaradıcılığının yeni aspektdə araşdırılması” sərlövhəli məqalələr, nəşrlər, patentlər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

Azərbaycan Milli Elmlər Akademiyası