MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub
  
6829

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir.

AMEA-nın “Elm” nəşriyyatından MEK-ə yeni kitablar daxil olub. Zemfira Səfərovanın azərbaycan və rus dillərində “Şuşa Azərbaycanın Musiqi Qalasıdır”,  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hazırlanan “Azərbaycan Arxeologiyası” (2-ci cild), müəllifi Mahir Qəribov olan “Bir Əsr Boyunca Ermənistan-Azərbaycan Münasibətləri: Birinci Dünya müharibəsi sonlarından günümüzədək” kitablar sırasında yer alıb.

Qeyd edək ki, fonda toplanan nəşrlər Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətənimizin tarixində, millətimizin ürəyində özlərinə ölməzlik abidəsi ucaldan Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər, erməni təcavüzü zamanı Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxan qazilər, bununla yanaşı Azərbaycanın tarixi torpaqları ilə bağlı məlumatların toplanıb qorunması baxımından önəmli rol oynayır.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 537 19 82