“Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər daxil olmaqda davam edir
  
6812

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Həqiqətin onomastikası: İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması” adlı kitab daxil olub.

Kitab Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tapşırığa uyğun olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə tərtib olunub.

Kitabda Azərbaycanlılara qarşı erməni vandalizmi və erməni saxtakarlığı tarixi faktlarla və izahlı formada əks olunub.

Sözügedən kitab yaxın günlərdə açılışı nəzərdə tutulan “Qarabağ müharibəsi qəhrəmanları fondu”na hədiyyə edilib. Qeyd edək ki, fonda müxtəlif müəsisəslərdən, müəlliflər tərəfindən kitablar daxil olmaqda davam edir. Bu yaxınlarda “Qələbə şəhidləri”, “Ərazi Bütövlüyü və Öz Müqəddəratını Təyinetmə Prinsiplərinə Etnosiyasi Yanaşma” kitabları da daxil olub.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 537 19 82