MEK-ə “Azərbaycan Milli Elmlər Akademiyası Simalarda” kitabı daxil olub
  
6669

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA-nın 75 illik (1945-2020) yubileyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı daxil olub. Kitabın giriş hissəsində AMEA-nın 75 illik yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı yer alıb.

 

AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, birinci vitse-prezident, akademik Dilqəm Tağıyev, vitse-prezidentlər, akademik-katib, Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən şəxslər, AMEA-nın Naxçıvan, Gəncə bölmələrinin sədrləri, AMEA-nın sabiq prezidentləri, fəxri, xarici, həqiqi və müxbir üzvləri haqqında məlumatlar toplanılıb.


İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82